
“Büdcəni balanslaşdırmağın yolu qənaətdən keçir“
Almaniyada varlılara daha yüksək vergi müzakirəsi
Almaniyada varlılara daha yüksək vergi müzakirəsi
Qiymətli metal “Jackson Hole” gözləntiləri və azalan ticarət gərginlikləri ilə dəyişmir
ABŞ valyutası “Jackson Hole” öncəsi yüksəlişə keçib
Qlobal bazarlar zəif dalğalanma nümayiş etdirdi
ABŞ iqtisadiyyatının gücü azalır, dəyər itkisi gözlənilir
FED sədrinin açıqlamaları qiymətlərə təsir edə bilər
Qiymətli metal proqnozunda 200 dollar artım
Sentyabrda faiz endirimi və bazar reaksiyaları
“İstanbul” birjasının qiymətli metal bazarında hərəkətlilik
Maliyyə iştirakçıları mərkəzi bankların siyasətini izləyir
ABŞ Prezidenti qızılda nöqtəni qoydu
Avropa Birliyi Mərkəzi Bankı “euro” banknotlarının dizaynını yeniləyir
FED isə “Jackson Hole” simpoziumuna fokuslanıb
100 dolları aşan qiymət fərqi 60-a düşdü
Qiymətli metal sentyabrda faiz endirimi gözləntiləri fonunda mövqeyini qoruyur
ABŞ-dakı zəif məşğulluq göstəriciləri fonunda qiymətlər sabitləşdi
Avro yenidən son 20 ildə ən aşağı məzənnə ilə təklif olunur. Bu gün birjalarda avro dollardan daha ucuz satılır. Belə ki, 1 avro almaq üçün indi 0.99 dollar ödəmək lazımdır. Dollar indeksi də 6 xarici valyutadan təşkil edən səbətə nisbətən 0.25 faiz yüksəlib. Dolların dünya valyuta bazarında möhkəmlənməsi davam edir.
Avronun uculaşması qitədə qaz böhranın dərinləşməsi və bunun da real sektora təsirləri ilə bağlıdır. “Gazprom” Qərbi Avropaya qaz təminatında da fasilələrin olacağını istisna etmir. Nəticədə Avropanı heç də asan olmayan payız və qış mövsümü gözləyir. Digər tərəfdən, avrozonada yüksək inflyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar “qoca qitədə” real sektorun inkişafını ciddi şəkildə tormozlayır.
Xatırladaq ki, avrozonada iyun ayının yekunlarında illik inflyasiya dərəcəsi 8.6 faiz olub. Bir ay öncə bu rəqəm 8.1 faiz, ötən il isə cəmi 1.9 faiz idi. Avropa İttifaqında isə zonaya nisbətən daha yüksək qiymət artımları müşahidə olunur. Bu ilin birinci yarısının son ayında 9.6 faiz ilik inflyasiya qeydə alınıb. Bu göstərici bir ay öncə 8.8 faiz, ötən il isə cəmi 2.2 faiz idi.
Avronun ucuzlaşması Avropa məhsullarının dollar ifadəsində ucuzlaşmasına səbəb olur. Doğrudur, avrozonada inflyasiya səviyyəsi də kifayət qədər yüksəkdir. Amma qlobal inflyasiya dərəcəsini nəzərə alsaq ucuz avro həm də dollar ifadəsində daha az xərcli Avropa məhsulları deməkdir.
Rusiya Ukrayna müharibəsi başladıqdan sonra manatın da avroya nisbətən möhkəmlənməsi müşahidə olunur. Bu il fevralın 24-də 1 avro 1.9115 manat idisə, indi kurs 1.6891-dək dəyişib. Bu manatın avroya nisbətən son 5 aydan 12 faiz möhkəmlənməsi anlamına gəlir. Qeyd edək ki, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir və avro dollara nisbətən dəyər itirdikcə Azərbaycan pulu Avropa valyutasına nəzərən möhkəmlənir.
Dolların dünya bazarında möhkəmlənməsi kontekstində manatın məzənnəsinə gəldikdə isə əvvəllər də qeyd etdiyimiz kimi, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də qlobal valyuta bazarındakı kəskin volalitlik fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.