Qızıl geri çəkilir
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
07:09 | 8 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 194 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
ABŞ-da əmək bazarından gələn zəifləmə siqnalları fonunda ABŞ Mərkəzi Bankının (FED) gözləniləndən daha çox yumşalma addımı ata biləcəyi proqnozları güclənib. Bu gözləntilər nəticəsində qızılın unsiyası yeni rekordu yeniləyərək 3 600 dollara yüksəlib.
Son həftələrdə Vaşinqtonun atdığı addımlar iqtisadiyyat və ticarət sahəsində riskləri artırarkən, ötən cümə günü açıqlanan və gözləntilərin xeyli altında qalan kənd təsərrüfatı sahəsi xaricində məşğulluq göstəricisi FED-in ilin sonuna qədər əlavə faiz endirimlərinə gedə biləcəyi ehtimalını gücləndirib.
Pul bazarlarında əvvəlcə ilin sonuna qədər 2 faiz endiriminə dair qiymətləndirmələr üstünlük təşkil edirdi. Lakin kənd təsərrüfatı məşğulluq göstəricisindən sonra bu rəqəm 3-ə qalxıb. Adətən faizlə tərs əlaqədə hərəkət edən qızıl qiymətləri də sürətlə artaraq tarixi səviyyəni görüb.
ABŞ əmək bazarındakı zəifləmə siqnalları
Ötən həftə açıqlanan statistikaya görə, iyul ayında JOLTS açıq iş yerlərinin sayı 7 milyon 181 minə enərək bazar proqnozlarının altında qalıb və 2024-cü ilin sentyabrından bəri ən aşağı göstəricini qeydə alıb. Avqustda özəl sektor məşğulluğu da gözləntilərin altında qalaraq cəmi 54 min nəfərlə artıb.
İlk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 30 avqustda başa çatan həftədə 237 minə yüksəlib. Məşğulluq isə cəmi 22 min artaraq proqnozların xeyli altında qalıb, işsizlik səviyyəsi isə 4,3%-ə çataraq 2021-ci ilin oktyabrından bəri ən yüksək göstəricini göstərib.
Ekspertlər bildirirlər ki, bu zəifləmə fonunda FED-in növbəti istiqamətini müəyyən etmək baxımından bu həftə açıqlanacaq inflyasiya məlumatları əsas həlledici göstərici olacaq.
Beynəlxalq bazarlar strateqləri qeyd edir ki, kənd təsərrüfatı məşğulluq göstəricisi ABŞ iqtisadiyyatında böyümənin zəiflədiyinə dair narahatlıqları gücləndirib: “Keçən il hər işsiz üçün 1,8 boş iş yeri mövcud idisə, indi bu göstərici 0,9-a düşüb. Bu, əmək bazarındakı daralmanın miqyasını göstərir. İstiqaməti müəyyənləşdirəcək əsas göstəricilərdən biri də şəxsi istehlak xərcləri olacaq”.
Zəif məşğulluq məlumatları FED-in əlini gücləndirib: “Bazar artıq ilin sonuna qədər 3 faiz endirimi qiymətləndirir. İqtisadiyyatda resessiya üçün hələ kifayət qədər göstərici yoxdur, amma əmək bazarındakı zəiflik növbəti dövrlər üçün böyümə riskini artırır”.
Xüsusilə uzunmüddətli istiqrazlarda faiz endirimləri ilə bağlı qiymətləndirmələr özünü göstərməyə başlayıb və gələcəkdə inflyasiya ilə bağlı mövqelərdə də dəyişiklik yarana bilər.
Unsiya qızıl 3 600,15 dollara çataraq ilin əvvəlindən bu yana təxminən 37% dəyər qazanıb: “Yüksəlişin arxasında yenilənmiş faiz endirimi gözləntiləri, FED-in müstəqilliyinə dair narahatlıqlar və geosiyasi gərginliklərin yaratdığı təhlükəsizlik axtarışları dayanır. ABŞ-da Prezident Donald Trampın FED üzvü Liza Kuku (Lisa Cook) vəzifədən alma təşəbbüsü və Maliyyə naziri Skott Bessentin yaxın vaxtlarda yeni sədr axtarışına başlayacağı xəbərləri investorların diqqətindədir. Bu isə ABŞ pul siyasətinin müstəqilliyi barədə ciddi suallar doğurur və qızılı daha cazibədar müdafiə alətinə çevirir”.