Primitiv və ironiya doğuran açıqlama
Müharibə çox təhlükəli məcraya sürüklənir
Elçin ALIOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kreml təşviş içində
Putin ailəsinin və yaxınlarının mühafizəsini gücləndirib
-
Kaş ki Darya ölməsəydi
LGBT-çi ana ilə şovinist atanın daban-dabana zidd ideoloji uyuşmazlığı arasında ...
-
“Darya Duginanı biz öldürdük”
Rusiya Azadlıq Ordusu Bəyanat verdi, məsuliyyəti üzərinə götürdü
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Putinin ciddi problemləri
Postsovet məkanındakı canlanma nələrə işarədir?
-
Üç Vladimirin davası
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
-
İldırımsürətli savaş planı
Türkiyədəki azərbaycanlı politoloqdan sensasion təklif: “Ermənistan, faktiki, müttəfiqsiz qalıb...”
-
“Böyük biabırçılıqdır”
Rusiyadan Putinin “Rustavi 2” telekanalında təhqir edilməsinə reaksiya
-
Müraciətin gücü
Saakaşvilinin çağırışı gürcü polisini hərəkətləndirdi
-
“Azərbaycana verməyə hazırlaşmırıq”
Çavuşoğludan “S-400” açıqlaması ...
-
ABŞ-da məhşər günü
Tramp Putinə işləyir, ya yox?
-
Separatizmə dəstəyə yox!
Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir?
-
Krımın işğalı nələri dəyişdi?
Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu
-
“Başdan-ayağa şüar yığını”
Rusiya ekspertləri Vladimir Putinin 2019-cu il ismarıcını analiz edirlər
-
Duqin, yoxsa Mnatskanyan…
Kim yalan danışır?
-
Boltonun zəngi...
Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünümü yaxınlaşdırır?
“Gümanımda yanılmadım”. Çoxumuz bu ifadəni qürurla deyirik. Amma bunu etiraf etmək mənim üçün bəzən kədərli və üzücüdür.
Duqinlə bağlı yazımdan əvvəl müsahibə verirdim. Dedim ki, Rusiyanın hakimiyyət dairələri Aleksandr Duqinin qızı Darya Duqinaya qarşı terror aktında mütləq, amma mütləq Ukraynanı suçlayacaqlar, Hətta həmin hipotetik şübhəli şəxsin “Azov” alayının mənsubu olduğu deyilərsə, təəccüblənmərəm.
Belə də oldu və bir neçə saat sonra Rusiyanın Federal Təhlükəsizlik Xidməti geniş bəyanatla çıxış edərək “Jurnalist Darya Duqinanın qətlinin üstü açılıb, sui-qəsdi Ukrayna xüsusi xidmət orqanları hazırlayıb, 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Vovk icra edib”, – dedi.
Primitiv, bəsit və ironiya doğuran açıqlamadır.
Sən demə, Vovk qızı ilə Moskvada mərhumun yaşadığı evdə mənzil kirayələyib. Cinayətkarlar jurnalisti təqib etmək üçün “Mini Cooper” markalı avtomobildən istifadə ediblər. Onlar Rusiyaya girişdə qondarma “Donetsk Xalq Respublikası”na məxsus E982XN DPR dövlət nömrə nişanı, Moskvada Qazaxıstana məxsus 172AJD02 dövlət nömrə nişanı, çıxışda isə Ukraynaya məxsus AH7771IP dövlət nömrə nişanından istifadə ediblər.
Sadəcə, bu nömrə kaleydoskopu yetər ki, şübhələr artsın.
Duqin təki tanınmış, mühafizə olunan şəxsə qarşı qəsd hazırlayanın (və ya hazırlayanların) Rusiyada yerli avtomobil nömrələrindən yox, üç müxtəlif nömrələrdən yararlanmaları ifrat sadəlövhlük təsiri bağışlayır.
Belədə Vovkun vizit kartının tapılmaması sual yaranır: axı o, müxtəlif müşahidə kameralarına düşübsə, görüntülənibsə, Rusiyaya bir avtomobil nömrəsi ilə girib Ukrayna (!) nömrəsi ilə çıxıb Estoniyaya (!) yollanırsa, nədən bəyanat, yaxud açıqlama da yayıb, sonra getməyib?
Suallar çoxdur, lakin mühüm olan bu deyil.
Ukraynanın xüsusi xidmət strukturlarının D.Duqinaya qarşı teraktda suçlanması Ukrayna müharibəsini çox təhlükəli məcraya sürükləyir.
Kiyev “bütün qırmızı cizgiləri” keçməkdə suçlanıb və Rusiyanın federal telekanallarındakı propaqandonlar artıq “Kiyevə ağır qisas zərbələrinin vurulması”nı, “Ukraynanın hakimiyyətinin yerləşdiyi binaların bombalanması”nı istəyirlər.
Məzkur “istək” fərdi təşəbbüs deyil – kütlənin beyninə yeridilən, Overton pəncəərəsi metoduna uyğun tezisdir.
Ukrayna rusiyalılara terrorçu, Moskvada jurnalist qıza qarşı terakt hazırlayaraq onu qətlə yetirən “məşum terrorçu dövlət” kimi təqdim olunur.
Yəni Ukraynada hakimiyyət və siyasət mənsublarına qarşı sui-qəsd opsiyalarını legitimləşdirməyə cəhd göstərilir.
Bu isə təhlükəlidir. Çox təhlükəlidir.