vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
OLAY  
10:43 | 16 sentyabr 2017 | Şənbə Məqaləyə 3335 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mehman Əliyev günahkar deyil!»

Vergilər Nazirliyinin sensasion qərarı

MÖVZU İLƏ ƏLAQƏLİ

Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə özü tərəfindən «Turan» İnformasiya Agentliyinə təyin etdiyi 37 min manat (22 min dollar).məbləğində əlavə vergi sanksiyasını ləğv edib.

«Turan»dan verilən məlumata görə, Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib. Bu barədə qurum informasiya agentliyinə rəsmi məktubla məlumat verib.

Bildirilir ki, məhz 2014-2016-cı illər üzrə əlavə vergi ödənilməsi barədə bu qərardan 7 avqust 2017-ci ildə Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti tərəfindən «Turan»a qarşı cinayət işi qaldırılmış və agentliyin ofisində axtarışlar aparılmışdı. Bundan sonra agentliyin direktoru Mehman Əliyev həbs olunmuşdu.

Beləliklə, 2010-2016-cı illər üzrə əlavə vergi hesablanması barədə qərarın ləğv edilməsi ilə «Тuran» agentliyinə qarşı cinayət işinin hüquqi bazası qalmır.