vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
11:37 | 23 aprel 2018 | Bazar ertəsi Məqaləyə 2460 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nağdlaşdırma vergisi qanunsuzdur

Məhkəmə ölkə tarixində misilsiz addım atdı

MÖVZU İLƏ ƏLAQƏLİ

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Şərafət Məmmədovanın qərarı ilə Vergilər Nazirliyinə qarşı iddiam təmin edilib. Onu dərc edirəm. Qərara əsasən məndən tutulan 1 faizlik nağdlaşdırma vergisi geri qaytarılmalıdır. Beləliklə, ölkədə 2017-ci ildən tətbiq edilən bu vergi qanunsuz hesab edilib.

Xatırladıram ki, bu iddianı hələ 1 il əvvəl vermişdim. O zaman həm 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (hakim Müseyib Bayramov), həm də Bakı Apellyasiya Məhkəməsi iddiamı mümkünsüz hesab etmişdi. Lakin Ali Məhkəmə onların qərarını ləğv etdikdən sonra işə yenidən baxıldı.

İşin mahiyyəti belədir. 2017-ci ildən Vergi Məcəlləsinə əsasən fərdi sahibkarların və hüquqi şəxslərin bank hesabından nağd pul çıxarmasına görə 1 faizlik vergi ödənilməlidir. Bu verginin 6 arqument üzrə qanunsuz və absurd olması haqda dəfələrlə yazmışam. İddiam haqda ətraflı Vergilər Nazirliyi məhkəməyə verildi” başlıqlı yazıda oxuya bilərsiz: Məhkəmə bütün 6 arqumentimi əsaslı hesab etdi. Belə ki:

1.) bu vergi Konstitusiyanın 73-cü maddəsinə və “Vergi Məcəlləsi”nin 12-13-cü maddələrinə əsasən müəyyən edilməmiş hesab olunub;

2.) bu verginin ödəmə mənbəyində bank tərəfindən tutulması Vergi Məcəlləsinin X fəslinə və 5-ci maddəsinə zidd hesab olunub

3.) bu vergi “Vergi Məcəlləsi”nin 3.1-ci maddəsində təsbit edilən ümumilik, bərabərlik və ədalətlilik prinsiplərinə zidd hesab olunub;

4.) bu vergi “Vergi Məcəlləsi”nin 3.6-cı maddəsinə zidd, yəni diskriminasiya xarakterli hesab olunub;

5.) bu vergi “Vergi Məcəlləsi”nin 3.5-ci maddəsinə zidd, yəni ikiqat vergitutma kimi qiymətləndirilib;

6.) bu vergi üzrə vergitutma obyektinin olmadığı müəyyən edilib.

Bu qərar bir neçə aspektdən böyük əhəmiyyət daşıyır:

1.) Əvvəla, sırf praktiki cəhətdən bu, o deməkdir ki, qərar qüvvəyə minsə, nəinki məndən, ümumiyyətlə, bu 16 ay ərzində digər şəxslərdən də tutulmuş həmin vergi geri qaytarılmalıdır.

2.) Hüquqi cəhətdən ölkə tarixində ilk dəfə birinci instansiya məhkəməsi qanundakı hüquq normasını (yəni sözügedən vergini təsbit edən “Vergi Məcəlləsi”nin normasını) Konstitusiya Məhkəməsinə müraciət etmədən əhəmiyyətsiz (Konstitusiyaya və “Vergi Məcəlləsi”nin digər müddəalarına zidd) hesab etmişdir.

3.) Bütün inkişaf etmiş ölkələrdə hüquqi dövlət ilk növbədə vətəndaşların vergi məsələləri üzrə hüquqi çərçivədə mübarizəsi nəticəsində qurulub. Biz də bu yolun başlanğıcındayıq və bu, ilk uğurumuzdur! Qanun, uğrunda mübarizə aparan varsa, Hüquqdur!

P.S. Vergilər Nazirliyinin nümayəndəsi hələ qərar elan olunarkən bildirmişdi ki, apellyasiya şikayəti verəcəklər. Odur ki, mübarizə hələ bitməyib. İstisna etmirəm ki, son nəticədə məsələ Konstitusiya Məhkəməsinə gedib çıxacaq...