«Hacı Məmmədovun intihar etməsinə inanmıram»
Mehman Əliyev: ««2018-ci ildə çox şey hakimiyyətin özündən asılı olacaq»
Cavanşir ABBASLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Mehman Əliyev günahkar deyil!»
Vergilər Nazirliyinin sensasion qərarı
-
Azərbaycanın 11 sentyabrı
Prezident İlham Əliyevdən üç mühüm qərar düşmən qüvvələrə verilmiş tutarlı cavabdır...
-
Avropa Şurası bəyanat yaydı
Qurum Mehman Əliyevin həbsdən buraxılmasını alqışladı
-
Fil iki oldu
Molla Nəsrəddinin sürprizi və ya jurnalistin müraciəti
-
«Fikirləşmək üçün vaxt qazandım»
Mehman Əliyev: «Bu, müəyyən bir dönüşdür, müəyyən korrektələr olacaq»
-
«Demokratik prinsip və dəyərlərin təminatçısı»
Mətbuat Şurası İlham Əliyevə təşəkkür məktubu göndərdi
-
«Prezident humanist addım atdı»
Əflatun Amaşov: «Müraciətimizə həssas yanaşdığı üçün ölkə başçısına təşəkkürümüzü bildiririk»
-
«Mehman Əliyev prezidentə müraciət edib»
Prezidentin köməkçisi: «Ölkə başçısının jurnalistlərə bağlı mövqeyi dəyişməzdir»
-
...Mehman Əliyev azadlığa çıxdı
Ölkəni tərk etməmək şərti ilə ...
-
Prezident Mehman Əliyevin həbsinə reaksiya verdi
İlham Əliyev jurnalist barədə qətimkan tədbirinin dəyişdirilməsini tövsiyyə etdi
-
Həssaslıq mühüm şərtdir
Jurnalistlərin mənzillə təminatı ilə Mehman Əliyevin həbsi arasında paralellər etikadan uzaqdır
-
«Sizdən artıq dərəcədə xahiş edirik…»
Anar, Fərhad Bədəlbəyli, Çingiz Abdullayev, Tofiq Zülfüqarov və daha kimlər Mehman Əliyevə görə Prezidentə müraciət etdi
-
Apellyasiya Mehman Əliyevi həbsdə saxladı
Məhkəmə iclası qapalı keçirilib
-
Hüquq müdafiəçiləri prezidentə müraciət etdi
«Mehman Əliyevin həbsi sizin jurnalistlərlə bağlı atdığınız addımlara beynəlxalq təşkilatlarda kölgə salınmasına əsas verir»
-
Dörd tanınmış jurnalist Mehman Əliyevə zamin durur
Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və İbrahim Nəbioğlu Prezident İlham Əliyevə müraciət etdi
-
«Pulu Mehman Əliyev yox, mən almışam»
Eynulla Fətullayev ilginc etiraf
Bu ilin avqustunda 18 günlük həbsdən sonra azadlığa buraxılan Mehman Əliyevlə fəaliyyətini bərpa etmiş agentliyin vəziyyəti, ölkə daxilində və xaricində gedən proseslərlə bağlı «Turan» İA-nın direktoru ilə söhbətləşdik.
- Mehman bəy, azadlığa çıxdıqdan sonra fəaliyyətini bərpa etdiyiniz «Turan»da işlər necə gedir? Qısamüddətli həbs işinizə bir maneçilik yaratdımı?
- İlk olaraq, «Turan»a qarşı irəli sürülən ittiham barədə qısa danışım. Avqustun 7-də Vergilər Nazirliyi bizə qarşı ittiham irəli sürdü ki, guya vergidən yayınmışıq. Ondan sonra səyyar yoxlama başlayır və ardınca cinayət işi başlayır. Vəziyyət getdikcə gərginləşdi. Biz sənədlər hazırlayırdıq, onlar da yoxlamalara gəlirdilər. Bu, artıq «Turan»ın iş rejimini pozmağa başladı. Avqustun 24-də həbs olundum. Həmin günlərdə işçilərimin hamısını istintaqa çağırırdılar və təzyiqlər edirdilər. İstintaq tələb edirdi ki, onlar imza atıb pulu götürmədiklərini, onu mənə verdiklərini desinlər. Çünki başqa şeylər tapa bilmirdilər. Yalnız ifadələr əsasında guya pulları mənimsədiyimi göstərib, məni ittiham etmək istəyirdilər. Bunların heç birini əməkdaşlarım qəbul etmədi. Avqustun 31-də mənə yeni ittiham irəli sürməli idilər. «Turan»ı mütəşəkkil cinayətkar qrup elan etmək istəyirdilər. Bundan sonra ola bilsin ki, bir neçə nəfər də həbs olunacaqdı. Amma məlum səbəbdən bunlar baş vermədi. Çünki 31 avqustda «Vaşinqton Post» və «The Guardian» qəzetlərində yazılar çıxdı. Arxasınca 7 sentyabrda Senatda Mehman Əliyevlə bağlı 581 nömrəli düzəliş qəbul olundu. Orada azərbaycanlı məmurlara qarşı sanksiyaların tətbiq olunması qərarı verilmişdi. Qalırdı siyahını elan etmək. Mən yaxşı bilirəm ki, o siyahıda kimlər idi. Onunla da məni təcili surətdə azad etdilər. Mənimlə bağlı üç tələb qoyulmuşdu, azadlığa buraxılma, cinayət işinin bağlanması və işin bərpa olunması. Demək olar ki, bunların üçü də yerinə yetirilib. Həbsdə olarkən sərəncam imzaladım ki, sentyabrın 1-dən «Turan»ın maliyyə təsərrüfat işi dayandırılsın. Çünki biz öhdəlikləri yerinə yetirə bilməyəcəkdik, hesabımız bağlı idi, cərimələr tətbiq oluna bilərdi, nəticədə başqa problemlərlə üzləşə bilərdik. Azadlığa çıxdıqdan sonra problemlərimiz yenə qalırdı. Doğrudur, 11 sentyabrda 38 min manat vergidən yayınma ittihamı ləğv olunmuş, amma 4 gün sonra o ittiham bərpa olunmuşdu. Bu onu göstərirdi ki, məni azad edib, amma dolayısı yolla qanunsuzluqlarından əl çəkmək istəmirdilər. Belə ağır vəziyyətdə yenə fəaliyyət göstərir, əsas xəbərləri göndərirdik. Lakin maaşlar yox idi. Əməkdaşlarım inanırdılar ki, azad olunacam. Bunu istintaqda da deyirdilər. Oktyabrın 1-dən fəaliyyətə başlamağa qərar verdik. Elan edən kimi hesabımızı təzədən bağladılar. Sentyabrın 28-də Vergilər Nazirliyinin müavini tərəfindən bizə məktub göndərilir ki, cinayət işi davam edir. O zaman ABŞ-dan və başqa Avropa Birliyi ölkələrindən yeni təpkilər gəldi və onlar məni təcili surətdə axtardılar, sənəd verdilər ki, cinayət işinə xitam verilib. Amma bu vaxta qədər hələ cinayət işinə xitam verilən qərarı ala bilmirik. 38 min vergi ittihamı ləğv olunub, onun da qərarını ala bilmirik. Demək olar ki, oktyabrın ortalarından normal şəkildə işləyirik. Açığı, deməzdim ki, fəaliyyətimizə hər hansı maneçilik var. Həbsimdən əvvəlki heyətlə fəaliyyətimizi bərpa etmişik.
- Sadaladığınız proseslərdə əməkdaşlardan «Turan»ı tərk edən olmadı?
- Əslində bizi tərk edənlər çoxdan gediblər. Məsələn, 2000-ci illərin əvvəllərində «Turan»da 45 nəfər adam işləyirdi. İndi 13 nəfər qalıb. Onlardan 7 nəfəri jurnalistdir. Qalanı texniki işçilərdir. Üç dildə çıxdığımız üçün onların əksəriyyəti də tərcüməçilərdir. Belə vəziyyətdə çalışırıq. Qalanlar əvvəldən «Turan»da işləyənlərdir. Əlbəttə ki, onlar heç yerə qaçan deyillər.
- Şəxsiniz və «Turan» ətrafında proseslərin səbəbləri barədə nə düşünürsüz?
- Bəziləri mən həbs olunanda deyirdi ki, Mehman ruslara bağlı olduğu üçün həbs olundu. Vəziyyət dəyişəndən sonra həmin şəxslər tamam başqa sözlər deməyə başladılar. Özləri bilmirdilər ki, nə danışırlar. Bunu əvvəlcədən demişəm ki, mənə və «Turan»a qarşı gedən bu proses azad Azərbaycan mediasına qarşı aparılan siyasətin məntiqi nəticəsidir. Əslində Azərbaycanda azad medianın formalaşdırılması məsələsi var idi. Bunun kim əleyhinə, yaxud lehinə çıxıb bu başqa məsələ. Amma 24 avqustda həbsimə qərar hakimiyyət səviyyəsində verilib. Sadəcə olaraq, Qərbin, Amerika və Avropa Birliyinin qəti mövqeyi nəticəsində azadlığa çıxdım. Bütün bunlar bu şəkildə baş verdi. Qərb Azərbaycanda azad medianın bağlanmasını, onun nəzarətə götürülməsini istəmir. Mənim hakimiyyətin yuxarı səviyyəsində dəfələrlə danışıqlarım gedib, mənə dəfələrlə təkliflər olunub. Bunların hamısından imtina etmişəm. Bütün bunlara görə «Turan»a qarşı bu cür hücumlar olmalı idi. Mənimlə bağlı hətta prezidentin yanına giriblər və deyiblər ki, bu şəxs bizə 2018-ci ildə problem yaradacaq, indidən zərərsizləşdirilməsi lazımdır. Mən yaxşı bilirəm ki, dəfələrlə mənimlə bağlı məsələ qalxıb, amma heç vaxt həbsimə gedilməyib. Bu gün telekanallara baxın. Əhalinin 15-20%-i kanallara baxır. Əhali türk və rus kanallarına daha çox baxır. Deməli, cəmiyyətimiz türk və rus kanallarının nəzarətindədir. Deməli, Azərbaycan mediasının rolu yoxdur. Sizlər azad mətbuatı qapatmısınız, yaxud nəzarətə almısınız, saytlar yaratmısınız, əvəzində nə etmisiniz? Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib. Jurnalistlərə ev verməklə medianı inkişaf etdirmək olar? Bu gün medianın vəziyyəti çox acınacaqlı bir durumdadır. Media yoxsul, dilənçi gündədir, reketçi olmaq vəziyyətinə salınıb. Bu gün 24 saat efirə gedən kanalı açıblar. Siz 48 saat ərzində nə etmisiniz ki, 24 saat ərzində də nə edəsiniz. Sadəcə, bunlar pul yemək, pul silmək məsələləridir.
- Hacı Məmmədovun intiharı bu günlərdə ölkə gündəmini zəbt edib. Sizin 12 il həbsdə olan tanınmış məhbusun intiharına münasibətiniz daha maraqlıdır...
- Açığı, belə intiharlara inanmıram. Çünki Hacı Məmmədov bir nəfərlik kamerada cəza çəkirdi. Belə vəziyyətdə mühafizə çox ciddidir. O, çox ciddi informasiya daşıyıcısı idi, ciddi şahid idi. Bu baxımdan mənə elə gəlir ki, burada başqa maraqlı şəxslər olub, məhz onlar Hacı Məmmədovu aradan götürüblər. Onun intihar etməsinə inanmıram. İnsan dəhşətli xəstə ola bilər, ağrılara dözməyərək intihar edə bilər, bu ehtimallar azdır. Bu baxımdan hesab edirəm ki, cəmiyyət və dövlət üçün çox ciddi informasiyaya sahib olan şəxs aradan getdi.
- Həbsdə olduğunuz günlərdə və ondan sonra ölkə gündəminin əsas müzakirə mövzularından biri 10 aydan sonra ölkəmizdə keçiriləcək prezident seçkilərinə iddiasını irəli sürənlər var. Sizcə, prezident seçkilərində müxalifət iqtidara alternativ güc olacaqmı?
- Rəsul Quliyev, Hüseyn Abdullayev və başqaları iddialı olduqlarını deyirlər. Hesab edirəm ki, bunlar zarafat deyil. Prezident seçkiləri üçün ən azından beş il fəaliyyətdə olmalısan ki, iddianı ortaya qoya biləsən. Ondan sonra deyə biləsən ki, bu müddətdə mübarizə aparmışam, artıq seçkilərə gedirəm. Uzun müddət proseslərdə yoxsan, indi gəlib ortalığa çıxıb deyirsən ki, prezident olacam. Əksinə, belə hallar proseslərə ziyandır. Əlbəttə, hər bir şəxsin öz azad qərarı var, amma ölkədəki siyasi proseslərə, mədəniyyətə bu cür hallar çox böyük ziyan vurur. Belə proseslər cocuq oyunları deyil. Hesab edirəm ki, iddialı olan siyasi liderlər mübarizəni hər zaman aparmalıdırlar. Seçki, sadəcə, bir mərhələdir. Bu baxımdan hazırda gedən seçki ilə bağlı proseslərə o qədər də ciddi baxmıram. Qarşıdakı seçkilərdə müxalifətin birliyinə gəlincə, müxtəlif fikirlər səsləndirmək olar. Məsələn, son prezident seçkilərində Milli Şura yaradıldı. Bu qurumda müxtəlif siyasi mövqedə olan qüvvələr birləşmişdi, ola bilərdi ki, xarici dairələrə cürbəcür bağlı olan qüvvələr də burada var idi. Bütün bunlar bəlkə də müəyyən qədər anormal sayıla bilərdi, amma faktiki bunlar baş vermişdi. Məlum səbəblərə görə də həmin qurumun sonradan dağılıb getməsi başqa məsələdir. Bir faktı deyim ki, bu seçkilər əvvəlki seçkilərdən fərqlənir. Səmiyyətdə narazılıq var. Bunu nəzərə almaq lazımdır. Xarici təpkilərin olduğu da göz önündədir. Yeni-yeni məsələlər var ki, ortalığa çıxıb. Bunun vasitəsilə də hökumətə təzyiq göstərilir. Bu baxımdan 2018-ci ildə çox şey hakimiyyətin özündən asılı olacaq. Hansı gedişləri edəcəyi məlum deyil. Həm xarici qüvvələrlə, həm də cəmiyyətlə iqtidarın dil tapması əsas rol oynayacaq. Hələ siyasi partiyaları demirəm. Görünən odur ki, hakimiyyət hələ də konstruktiv dialoq qurmaq fikrində deyil. İqtisadi, sosial durumlar da kifayət qədər ağırdır. İnsanlar vəziyyətdən çox narazıdır. Bundan müxalifət də, başqaları da istifadə edə bilər. Prinsipcə, düşünürəm ki, hakimiyyət vəziyyəti görüb, müəyyən addımlar atır.
«Turan»ı mütəşəkkil cinayətkar qrup elan etmək istəyirdilər»
- Seçkilərə 10 ay qalsa da, müxalifət daxilində bir canlanma yoxdur. Partiyalar arasında da birlik təşəbbüsləri müşahidə edilmir. Demokratik düşərgə bu passivliyi aradan qaldıra biləcəkmi?
- Rəsmi şəkildə bildirilməsə də, müxalifət düşərgəsində bir hissə hesab edir ki, seçkiləri boykot etmək lazımdır, şans görmürlər. Digər tərəf də düşünür ki, seçkilərə qatılıb mübarizə aparmaq lazımdır. Belə bir vəziyyətdə birlikdən söhbət gedə bilməz. Burada cəmiyyətin sosial sifarişinin əsas rol oynayacağını düşünürəm. Bu, olarsa, müxalifətin birləşə bilər. Nəticədə hakimiyyət də ciddi problemlərlə üzləşər. Son prezident seçkilərinin hakimiyyət üçün necə çətin keçdiyi məlumdur. Amerika və Rusiyanın razılığını aldıqdan sonra vəziyyət dəyişdi, Milli Şura dağılmağa başladı və proseslər səngidi. O zaman hakimiyyət müxtəlif vədlər verərək bu prosesləri dəyişmişdi. Sonradan o vədləri yerinə yetirib-yetirməməsi başqa bir məsələdir. Amma onu bilirəm ki, çox vədi yerinə yetirmədilər. Son prezident seçkiləri texniki seçkilər idi. Müsavat və AXCP, sadəcə, bir qədər fəal idi. İlkin olaraq yaranmış Milli Şura formatında seçkilər getmədi. Cəmiyyət də yaxşı bilirdi ki, seçkiləri iqtidar udacaq. Milli Şuranın dağılması da gözləntiləri xeyli aşağı saldı.
- İstər Amerika, istərsə də Rusiya olsun, bu seçkilərdə hakimiyyət qarşısına öz mənafelərinə uyğun sürpriz bir isim çıxara bilərlər?
(davamı gələn sayımızda)