
35 illik agentlik işini dayandırdı
Mehman Əliyev: “Missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir”
Mehman Əliyev: “Missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
Layihə çərçivəsində ilk toplantı keçirilib
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
“Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”
Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır
Əflatun Amaşov: «Mətbuat Şurası uğurlu bir layihə oldu və hazırda da uğurlu bir layihədir»
Mehman Əliyev: ««2018-ci ildə çox şey hakimiyyətin özündən asılı olacaq»
Millət vəkili Əflatun Amaşovdan onlayn media ilə bağlı təklif
Mətbuat Şurasından «reket jurnalistlər»ə xəbərdarlıq
«Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib
Əflatun Amaşov: «İnternet medianın dövlətdən maliyyələşməsi üçün məsləhətləşmələr aparılır»
«Turan» 37000 manat ödəməlidir
Vergilər Nazirliyinin sensasion qərarı
Bakı Apellyasiya Məhkəməsi «Turan» İnformasiya Agentliyinin (İA) direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan qərarından apellyasiya şikayətini təmin etməyib. Yasamal rayon Məhkəməsinin çıxarmış olduğu qərar qüvvədə saxlanılıb. Məhkəmə iclası qapalı keçirilib.
Məhkəmə prosesi başa çatdıqdan sonra mediaya açıqlama verən Mehman Əliyevin vəkili Fariz Namazlı Avropa Məhkəməsinə müraciət ediləcəyini deyib və məhkəmənin bugünkü qərarını qanunsuz adlandırıb.
Vergilər Nazirliyi avqustun 8-də «Turan» İA-nın fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, agentlik vergidən yayınmalara yol verib. M.Əliyev ittihamları qəbul etmir.
Agentliyin bank hesabları dondurulub.
«Turan» İA-nın kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən vaxtadək dayandırmaq məcburiyyətindədirlər.
Avqustun 28-də «Turan» İA-nın əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar agentliyə qarşı qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.
Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara «Turan» İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.