vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MEDİA-QHT  
19:15 | 4 oktyabr 2017 | Çərşənbə Məqaləyə 3022 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlik agentliyin hesabları yenidən donduruldu

«Turan» 37000 manat ödəməlidir

MÖVZU İLƏ ƏLAQƏLİ

Vergilər Nazirliyi oktyabrın 2-də «Turan» informasiya agentliyinin hesabları olan banklara hesaba daxil olan pul vəsaitlərinin agentliyin vergi borcunun ödənilməsi üçün müsadirə edilməsi haqqında göstəriş göndərib. «Turan»ın verdiyi məlumata əsasən, bu qərar agentliyin oktyabrın 1-dən işini bərpa etməsindən sonra banklara göndərilib.

Sentyabrın 5-də də banklara belə bir göstəriş göndərilmişdi, amma sentyabrın 15-də Vergilər Nazirliyi agentliyin hər-hansı borcunun olmaması haqqında məlumat göndərdikdən sonra ləğv edilmişdi. Amma sentyabrın 18-də Vergilər Nazirliyi yenidən agentliyə 37 min manat ölçüsündə borcun bərpa edildiyi haqqında bildiriş göndərib.

Xatırladaq ki, «Azərbaycan» qəzetinə müsahibəsində baş prokuror Zakir Qaralov bildirib ki, «Turan» agentliyinin işi üçün heç bir problem yoxdur.

Avqustun 7-də Bakı Lokal Vergilər Departamenti agentliyin 31 iyul 2014-cü ildən 31 iyul 2017-ci ilə qədər olan dövrdə 26 907 manat məbləğində vergi ödənişindən yayınması və təxminən 10 000 manat cərimə tətbiq edilməsi haqqında qərar çıxarıb. Agentlikdən tələb olunan ümumi məbləğ təxminən 37000 manat təşkil edib.

Avqustun 8-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı səyyar yoxlamaya başlayıb.

Buna paralel olaraq, agentliyə qarşı cinayət işi açılıb, onun direktoru Mehman Əliyev isə avqustun 24-də həbs edilib. Sentyabrın 11-də ona qarşı «başqa yerə getməmək» haqqında qətimkan tədbiri seçilib.