«İstefa» sözündən qORXAN HÜSEYNZADƏ
Yaxud «Bakcell Arena»da «polis məntəqəsi» və 100 manatla qurtulan əzabkeş azarkeş
CAVAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Neftçi»də «təmizləmə» başladı
Klubun akademiyasında islahatlar qaçılmazdı
-
Kamran Quliyevə qalan miras
İstənilən nəticə Elxan Məmmədovun da gündəliyinə yazılacaq
-
«Qarabağ» həm xal itirdi...
... həm də pul
-
«Pul israf edilir»
Bəxtiyar Musayev od püskürdü: «Keyfiyyəti düşünən yoxdu»
-
«Bizim konkret büdcəmiz var»
Ayxan Abbasov: «Bunun əsasında işləyəcəyik»
-
Cəzaya səbəb olan faktlar...
... Varsa, niyə gizlədilir?
-
Kif atmış qanunlar
Bir az şübhə, bir az qisas, bir az da...
-
«Keşlə»də başıpozuqluq...
... Yaxud Ramiz Məmmədovun haqlı üsyanı
-
Təlaş dolu qarışıqlıq
Futbol tariximizdə ilk - 2 futbolçu danışılmış oyunlarda şübhəli bilinir
-
Topaz Premyer Liqanın nəhs turu
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
-
«Bu cür hesab gözləmirdik»
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
-
«Artıq tükənmişəm»
Nizami Hacıyev: «Bu yaşda xaricə getmək mənasızdır»
-
«Digər futbolçulara da dərs olsun»
Tərlan Əhmədov: «Biz və siz oyunlara başqa prizmadan baxırıq»
-
Pulun var? Gələrsən!
Niyə Premyer Liqanın oyunlarında azarkeş olmur?
-
«Məğlub olsaq da, razı qaldım»
Tərlan Əhmədov: «Futbola yuxarıdan baxanda daha rahatdı»
-
«Barmaq silkələməmişəm»
Ayxan Abbasov: «Orada ofsayd yox idi»
«Neftçi»nin növbəti oyunu da azarkeşlərin əziyyət çəkməsi ilə yadda qaldı. Hər məğlubiyyətdən sonra əsəbləri tarıma çəkilən fanatlar emosiyalarını büruzə verir, əvəzində təzyiqlə üzləşirlər.
«Zirə» ilə dünənki oyun da istisna olmadı. Fasilə ərəfəsində komandanın hesabda geri olmasından narazı azarkeşlərin rəhbərliyi istefaya səsləməsi onlara baha başa gəldi. Bir neçə dəfə bu istəklə şüar səsləndirən 10-a yaxın azarkeş qısa zamanda polis və klub mühafizəçiləri tərəfindən «mühasirə»yə alındı.
Media-sektorla üzbəüz tribunaların sağında qərar tutan bu fanatlar «Forza Neftçi» azarkeş qrupunun üzvü deyil. Onlar oyunlara ayrı gəlirlər və tez-tez klub rəhbərliyini istefaya səsləyirlər. Buna görə də daim nəzarət altında olurlar. Dünən də səslərini çıxaran kimi «Neftçi»nin mühafizə xidmətinin əməkdaşları və azarkeşlərlə iş üzrə əlaqələndirici Tural Məmmədovun dəstəsi onları əhatəyə aldı. Məhz onların istəyi ilə daim təzyiqdə saxlanılan azarkeşlərdən ikisi əsəblərini cilovlaya bilməyincə polis maşınına oturduldu.
Klubdan aldığımız bilgiyə görə, həmin azarkeşlər polisə müqavimətə görə saxlanılıb. Biri yarıyolda sərbəst buraxılıbsa, digəri 24 saylı polis bölməsinə aparılıb.
«Neftçi»dən bizə həmin azarkeşin klub nümayəndələrinin müraciətindən sonra buraxıldığı deyildi. Lakin azarkeşlərdən öyrəndik ki, həmin fanatın azadlığa çıxmasında klubun rolu olmayıb, öz əlaqələrindən yararlanıblar və 100 manat cərimə də ödəyiblər.
Ümumiyyətlə, «Neftçi»də başıpozuqluq davam edir. Klub rəhbərliyi idarəçiliyi bacarmır, yalnız özlərini istefa şüarlarından bu üsullarla qorumaqla məşğuldular. «Zirə»ylə oyunun keçirildiyi «Bakcell Arena»da təhlükəsizlik məsələlərinə qətiyyən diqqət yetirilmir. Dünənki matçda polisin və mühafizə xidmətinin işi ümumiyyətlə görünmürdü. Yalnız rəhbərliyi qorumaqla məşğul olan asayiş keşikçiləri stadiona, tribunalara giriş-çıxışa qətiyyən nəzarət etmirdi.
Ən pis hadisələr isə matç bitdikdən sonra yaşandı. «Zirə»nin futbolçuları hələ müsahibə verərkən 6-7 nəfər azyaşlı arenanın koridorlarını gəzir, nəzarətsiz otaqlara girir, forma, buts axtarır, jurnalistlərin də normal fəaliyyətinə mane olurdu. Ətraf binaların sakinləri olan bu uşaqlar nəzarətsizliyi görüb hər hoqqadan çıxır, rahatca «Zirə» futbolçularına yaxınlaşıb, onlardan geyim tələb edirdi.
Vəziyyəti belə görüb şəxsən «Neftçi»nin əməkdaşlarına müraciət etdik və işimizə əngəl törədənlərə mane olunmasını istədik. Kənarda tum çırtlayıb söhbət edə klubun mühafizə işçiləri yalnız bundan sonra ayıldılar. Mülki geyimdə olan, mühafizəçi olduqları anlaşılmayan bir neçə nəfər uşaqları qovmağa başladı və onlardan birini tutub qaranlıq otağa saldılar. Digər uşaqlar qaçıb stadion ərazisindən çıxdısa, həmin uşağın göz yaşı içində hönkürtüsü ətrafda da eşidilirdi. «Valideyni gəlməmiş buraxmayacam» deyən mühafizə işçisini fikrindən yalnız «Zirə»nin futbolçuları daşındırdı. Azadlığa çıxan həmin balaca isə sürətlə ərazini tərk etdi.
Deyəsən, «Neftçi»də, stadionda çalışan bəzi insanlar özlərini imtiyazlı sayırlar və onların öz qanunları var. Prezident Orxan Hüseynzadə ən azı bu yazıdan sonra onları çağırıb anlatmalıdı ki, stadionda səyyar polis məntəqəsi açmaq ixtiyarları yoxdu və təhlükəsizliyi təmin etmək üçün giriş-çıxışlara nəzarət etmək, xüsusi icazəsi olmayanları ərazidən uzaqlaşdırmaq kifayətdi. Həm də barbar üsulları ilə deyil, sivil qaydada... Bir də rəhbərlik stadionu hamıdan gec tərk etsə daha yaxşı olar. (futbolinfo.az)