vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
18:24 | 19 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2932 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«AKKORD»un rekord vuran biganəliyi

11 mərtəbəli binanın xarab lifti və natəmizliyini şirkət qulaqardına vurur, JEK-in isə vecinə deyil

VAXT.AZ

Tanınmış jurnalist-reportyor Səbuhi Məmmədli «AKKORD» Şirkətlər Qrupunun inşa etdiyi binalardakı şəraitsizlikdən şikayət edir. S.Məmmədli özünün «Facebook»dakı səhifəsində bu barədə məlumat paylaşaraq bildirib ki, şirkətin tikintisini həyata keçirdiyi Abşeron Gənclər Şəhərciyindəki 27-ci blokda lift işləmir: «Bir gün kimsə burada ürək tutmasından öləcək. İnsanlar hər gün bir neçə dəfə əlində ağır yük 11-ci mərtəbəyə qədər qalxır. Blokun içində zibildən tərpənmək olmur. Abşeron rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov şəxsən deyir ki, bu şəhərciyə görə cavabdeh deyilik.

Xəstə, qoca, qucaqlarda uşaqlar, əllərdə ağır torbalar, bir gün kiminsə ürəyi dayanacaq hündür mərtəbəyə çıxarkən.

«AKKORD» qulaqardına vurub, yerli JEK-in vecinə deyil. Azərbaycanda bir yaşayış bloku aksiyaya başlayacaq 2 günə lift düzəlməsə. Bunu yerli icra orqanı da bilsin, yerli polis də».

Qeyd edək ki, bu şəhərcikdə işıqların tez-tez kəsilməsi, suyun verilməsində problemlər olması və digər məsələlərlə bağlı mütəmadi olaraq sakinlər tərəfindən şikayətlər işıqlandırılsa da, öz həlli tapmır. Həmçinin şəhərcikdə yerləşən binaların hamısı qazla təmin edilməyib.