Sorosa sərrast zərbə
Belçikalı hakim milyarderin maliyyələşdirdiyi 145 QHT-nin Azərbaycan üzərinə Səlib yürüşü barədə
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Maskın Sorosla siyasi rəqabəti artır
“Tesla” CEO-su macar biznesmenin təsirini qırmaq istəyir?
-
Mundialda niyə yoxuq?
Çünki AFFA-nın idarəetmə üsulu kin üzərində qurulub
-
Soros Macarıstandan gedir
Fond Budapeştdəki ofisini Berlinə köçürür
-
«Ölkəmizi dağıdır»
Baş nazirdən Sorosa suçlama
-
Sorosun «böyütdüyü» «Şeytan»
Putin Avropanı dağıtmaq üçün Macarıstan baş nazirindən istifadə edir
-
Avstriya SOROS Fondunu qadağan edir
«Bir gecədə yanlış məlumat və medianın manipulyasiyası daha da artdı»
-
«Sorosun başı havalanıb»
Novruz Məmmədov: «Dünyada artan nüfuzu kimlərinsə yuxusuna haram qatıb»
-
«Saxtakar Soros ...»
Məqalə müəllifinin Dina Naqapetyan olması yazının məqsədini büruzə verir
-
Corc Soros terrorçu elan edilə bilər
Milyarderlə bağlı ABŞ prezidentinə petisiya göndərildi
-
«Cənab X» kimdir?
AŞ PA-dakı gizli erməni şəbəkəsinin aparıcı fiquru bütün fəaliyyətini Azərbaycanın əleyhinə çalışmağa həsr edib
-
Növbədə Avropadır
«Ərəb Baharı»ndan sonra «Balkan Baharı» gəlir?
-
Corc Sorosdan bədbin proqnoz
«Tramp Çinlə ticarət müharibəsi açacaq, bundan isə tezliklə əsl müharibə yarana bilər»
-
««Ralli» sona çatır»
Soros Tramp, Avropa İttifaqı, Çin və qlobal maliyyə bazarları haqda
-
86 yaşlı milyarder Soros Trampa diktator dedi
«Avropa Birliyi Putinin təsiri altına keçə bilər»
-
«Bəşəriyyət «son partlayış» ərəfəsindədir»
Tanınmış azərbaycanlı filosof qlobal kapitalizmdə ABŞ-ın müstəsna rolundan yazdı
-
ABŞ Lvova desant göndərir
Soros isə Ukraynaya 1 milyard dollar vəd edir
Son zamanlar Azərbaycana qarşı növbəti hücuma keçmiş qərb KİV-ləri «fərdi terror» taktikası seçiblər və tək hədəflərə üstünlük verməyə başlayıblar. Bu hədəflər bu və ya digər şəkildə Azərbaycanla əlaqəli olan şəxslərdir və yeganə günahları Qarabağ münaqişəsi zamanı baş vermiş hadisələrə fərqli baxışlarının olmasıdır.
Bu dəfə hədəfdə Belçika Konstitusiya Məhkəməsinin 12 hakimindən biri, adı «Azərigeyt»də (Qərbdə yeni anti-Azərbaycan kampaniyasını belə adlandırıblar) hallanan Jan-Pol Murmandır.
Belçikada dərc olunan «L'Echo» nəşri qeyd edir ki, Murman bir neçə dəfə Azərbaycanda olub. Lakin bu sirr deyil. Cənab Murman dəfələrlə Qarabağ münaqişəsi ilə bağlı bəyanatlar verib və nəzərə alınmalı olan konkret AŞ qətnamələrinin olduğunu bildirib.
2012-ci ilin fevral ayında «Bəşəriyyətə qarşı cinayət: Xocalı soyqırımı» mövzusunda beynəlxalq konfransda isə Jan-Pol Murman deyib ki, Xocalı hadisələri ilə bağlı beynəlxalq cinayət məhkəməsi çağırılmalıdır.
Deyəsən, bütün bunlar erməni lobbisini ciddi narahat edib. Nəticədə, lobbi hücuma keçib. Jan-Pol Murmanın özü və bir çox digər müstəqil ekspertlər diqqət yetirməyə çağırırlar ki, bilavasitə anti-Azərbaycan təbliğatı ilə məşğul olan 145 qeyri-hökumət təşkilatı Corc Soros tərəfindən maliyyələşdirilir.
Bu cür vəziyyət ilk dəfə deyil ki, yaranır. Misal üçün, 2016-cı ilin əvvəlində obyektiv, lazım gələrsə, azərbaycanmeyilli Qərb siyasətçiləri hücum hədəfinə çevrilmişdilər. Buna isə istənilən, hətta düşünülmüş bir səbəb də tapıla bilərdi.