vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
20:19 | 13 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Növbədə Avropadır

«Ərəb Baharı»ndan sonra «Balkan Baharı» gəlir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Rumıniyada əfv və cəza qanununda dəyişiklik nəzərdə tutan təcili hökumət fərmanlarına reaksiya məqsədilə günlərdir davam edən hökumət əleyhinə etirazların ardından hökumət geri addım ataraq fərmanları ləğv edib.

Modern.az xəbər verir ki, 5 ildən az məhkum olunan və ya cəzası qalanların sərbəst qalmasını nəzərdə tutan düzəlişlərin ölkədə korrupsiyanı «qanuniləşdirəcəyini» iddia edən nümayişçilər yanvarın 22-dən etibarən başda paytaxt Buxarest olmaqla, ölkənin digər iri şəhərlərində də hökumət əleyhinə etirazlar keçirib fərmanların ləğv edilməsini istədi. Etirazları Rumıniyanın alman mənşəli prezidenti Klaus Yohannis də dəstəklədi.

Daha çox «şəhərli» və «təhsilli» təbəqənin qatıldığı mitinqlərdə, yanvar ayında vəzifəyə gələn hökumətin də istefası tələb edilərkən, sosial-demokrat baş nazir Sorin Grindeanu hökumətin yalnız etimad səsverməsi ilə gedəcəyini vurğulayaraq, istefa etməyəcəyini açıq bir şəkildə dilə gətirdi.

Hökumət hər axşam yüz minlərlə insanın ölkə daxilində etiraz etməsinin ardından  fevralın 5-də keçirdiyi fövqəladə iclasda, fərmanları ləğv edib. Sərəncamların ləğv edilib rəsmi qəzetdə dərc olunmasından bir neçə gün sonra, fevralın 8-də parlamentdə keçirilən etimad səsverməsində kifayət qədər çoxluq təmin olunmayınca hökumət də yerində qaldı.

Fərmanların ləğvinin ardından etirazlara qoşulanların sayı yüz minlərdən yüzlərə qədər düşsə də, prezident Yohannisin hökumətə qarşı mövqeyi dəyişmədi. Yohannis keçdiyimiz günlərdə məclisdə çıxışında Rumıniyanın böhranda olduğuna işarə edərək, rumınların 80 faizinin ölkənin yanlış istiqamətə getdiyi qənaətində olduğuna diqqəti çəkdi.

Rumıniyanın şəffaf bir hökumətə ehtiyacı olduğunu vurğulayan Yohannis dekabrın 11-də keçirilən seçkidə böyük bir qələbə qazanan hökumətin, qısa müddət ərzində rumın xalqının mühüm bir təbəqəsi ilə qarşı-qarşıya gəldiyini və hökumətin seçki vədlərini həyata keçirməyə qoymadığını müdafiə etdi.

Sosial Demokrat Partiyasını (PSD) lideri və Məclis sədri Liviu Dragnea isə Yohannisin çıxışının daha konstruktiv, birləşdirici və sabit olmasını gözlədiyini, ancaq belə olmadığını irəli sürdü. Hökumətin yaxşı bir proqramı olduğunu və rahat buraxıldığı təqdirdə gözəl bir idarəçilik nümayiş etdirəcəyini söyləyən Dragneu, Yohannisden sülh siqnalı gözlədiyini də sözlərinə əlavə edib.

 

İki nazir istefa verib

 

Həbsxanalardakı minlərlə insanın əfv edilməsini nəzərdə tutan dəyişikliklərə qarşı edilən etirazlar səbəbi ilə sahibkarlıq və ticarət naziri Florin Jianu fevralın 2-də istefa verdiyini açıqlayıb.

İstefa qərarını sosial media üzərindən açıqlayan Jianu vəzifədə olduğu 28 gün müddətində böyük bir inancla çalışdığını açıqlamaqla yanaşı, deyib ki, ancaq zülmün və ədalətsizliyin kölgəsində qalacağam, heç vaxt ağlıma gəlmədi: «Rumıniya bunları haqq etmir».

Ədliyyə naziri Florin İordake də davam edən hökumət əleyhinə etirazlar səbəbindən fevralın 9-da istefa verdiyini açıqlayıb.

Mətbuat konfransı keçirən İordake deyib: "Nazirlik vəzifəmə gəldiyim gündən bu yana bəzi şeyləri düzəltmək üçün Konstitusiyaya və qanunlara uyğun bir sıra addımlar atdım. İctimaiyyətdə bu addımlar yetərli sayılmadı. Bu səbəblə vəzifəmdən istefa etməyi qərara aldım".

 

Korrupsiya əleyhinə mübarizədə Qərb etirazçıların yanında

 

2007-ci ildə Bolqarıstan ilə birlikdə Avropa İttifaqına (Aİ) qəbul edilən Rumıniya, xüsusilə korrupsiyaya qarşı mübarizə və qanunun aliliyi məsələlərində Qərbin sıx nəzarəti altındadır. Aİ hər il eynilə namizəd ölkələr üçün hazırladığı tərəqqi hesabatları kimi, korrupsiyaya qarşı mübarizə və qanunun aliliyi məsələlərində iştirak etdiyi irəliləməyə dair Rumıniya və Bolqarıstan üçün də hesabatlar yayır.

Ölkədəki korrupsiya əleyhinə etirazların başlanmasının dərhal sonra, prezident Yohannis ilə telefonda əlaqə saxlayan Almaniyanın kansleri Angela Merkel ölkədə korrupsiyaya qarşı mübarizəni dəstəklədiyini bəyan edib.

Söhbətdə Merkel ölkədəki siyasi vəziyyətə hörmət bəslədiyini və prezident Yohannise korrupsiyaya qarşı mübarizədə tam dəstək verdiyini bildirərək, korrupsiyaya qarşı mübarizə və qanunun aliliyi məsələlərindəki islahatların ləngiməsinin, müsbət bir siqnal olmayacağını da vurğulayıb.

Digər tərəfdən, ABŞ, Belçika, Kanada, Fransa, Hollandiya və Almaniya Buxarestdəki səfirlikləri vasitəsilə yaydıqları xəbərlərdə korrupsiyaya qarşı mübarizəyə dəstək verdiklərini bildirərək, bir növ etirazçıların yanında olduqlarının da mesajını verib.


«Balkan Baharı»na təkan verirmi?


Rumıniyada 1989-ci ildə kommunist rejimin yıxılmasının ardından keçirilən ən geniş tərkibli etirazların hökumətə geri addım atdırması, korrupsiyanın sıx olduğu bəzi digər region ölkələrində də bənzər bir hərəkətə gəlməyin ola nəzəriyyələrini bərabərində gətirdi.

Serbiya mediası, bu il keçiriləcək prezident seçkisində namizədlərindən biri olması gözlənilən keçmiş xarici işlər naziri Vuk Jeremicin, seçkidə məğlub olarsa, dərhal sonra mövcud hökuməti oğurluq və korrupsiyaya günahlandıraraq xalqı küçələrə çıxmağa dəvət edəcəyini və bunun qanlı münaqişələrə səbəb ola biləcəyini irəli sürüb.

Serbiyada xalqı küçəyə çıxarmaq planlarının «Sorosa satılmış adamlar» tərəfindən aparılacağı müdafiə edilərkən, Jeremicin Hillari Klintonun keçmiş müşavirləri və amerikalı iş adamı Corc Sorosun maliyyələşdirdiyi adamları ilə Serbiyada «Rumın ssenarisi» hazırlığı içində olduğu qeyd edilib.

Hakimiyyətdəki Serbiya Tərəqqi Partiyasının deputatı Vladimir Djukanovic də ortaya atılan ssenarilərin real olduğunu, Jeremici namizəd göstərməsi gözlənilən demokratların və onların havadarlarının uzun zamandır bu ssenarinin gerçəkləşməsi üçün çalışdığını iddia edib.

 

Bolqarlar etirazdan yorulub

 

Oxşar ssenarilərin hazırlandığı digər bir ölkə isə Rumıniya ilə eyni dərddən əziyyət çəkən Bolqarıstan. Rumıniya kimi, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə, qanunun aliliyi məsələlərində Aİ-nin daimi nəzarətində olan Bolqarıstanda da xalq, hökumət əleyhinə etirazlar zamanı rumın xalqına dəstək olub.

Bolqarlar da Rumıniyadakı etirazları izləyərkən, paytaxt Sofiyada 1997-ci ildə baş verənləri xatırladılıb. O dövrdə hakimiyyətdə olan kommunist mənşəli Yan Videnov rəhbərliyindəki hökumət, ölkəni aclıq həddinə gətirmişdi.

Şəhər mərkəzində toplanan xalq, parlamentin şüşələrini sındırıb içəri girməyə çalışarkən, polis qüvvələri ilə qalmaqal yaşanmışdı. Videnovu baş nazir vəzifəsindən istefaya məcbur edən etirazların ardından aparılan qiymətləndirmələrdə, ölkənin o dövrdə daxili savaşın bir addımlığından qayıtdığı irəli sürülüb.

O gərgin dövrün üzərindən 20 il keçməsinə baxmayaraq, hələ də Aİ-nin ən yoxsul ölkəsi olan Bolqarıstanda hökumət əleyhinə etirazlar, ölkənin yaxın tarixinin ayrılmaz bir hissəsi oldu.

Bolqarıstanda 2009-2013 və 2014-2017-ci illərdə iki dəfə iqtidara gələn Boyko Borisov, ilk hakimiyyəti dövründə, ani artan elektrik qiymətləri ilə əlaqədar xalqın etirazlarına məruz qalmışdı. Etirazlarda bəzi vətəndaşların özlərini yandırması səbəbindən Borisov istefa etmək məcburiyyətində qalmışdı.

Borisovun ikinci dəfə hakimiyyətə gəlməsindən əvvəl ölkəni idarə edən Plamen Oreşarski rəhbərliyindəki koalisiya hökuməti də ölkədə oliqarxiya və mafiyanın güclənməsi səbəbindən aylarla etiraz edilmişdi. «Hər dövlətin bir mafiyası, Bolqarıstanda isə mafiyanın bir dövləti var» fikri ilə xatırlanan Oreşarskinin istefasının ardından 2014-cü ildə yenidən hakimiyyətə gələn Borisov, istefa etdiyi 2016-ci ilin noyabr ayına qədər Oreşarskiden fərqli bir idarəçilik nümayiş etdirməyib.

Yaxın tarixdə bir neçə dəfə hökumət əleyhinə etirazların və istefaların meydana gəldiyi Bolqarıstan, hər nə qədər Rumıniyadakı oxşar ssenarinin baş verəcəyi ölkələrdən biri kimi göstərilsə də, ekspertlər bu ehtimalın uzaq olduğunu düşünür.

Bolqar xalqının etiraz etməkdən və hökumətlərin müvəffəqiyyətsiz rəhbərliklərindən «yorğun olduğu» fikrini müdafiə edən ekspertlər, xalqın martın 26-da keçiriləcək erkən ümumi seçkidən sonra qurulacaq hökumətin icraatlarını gözləyəcəyi düşüncəsindədirlər.

 

Macarıstandakı etirazları qaçqın böhranı dayandırıb

 

Korrupsiya probleminin olduğu digər bir region ölkəsi isə son dövrdə daha çox qaçqın böhranı ilə gündəmə gələn Macarıstandır.

Macarıstanda da 2014-ci ildə ABŞ-ın Budapeşt səfirliyi tərəfindən edilən açıqlamada, ölkədəki Amerika şirkətlərinə zərər verən pozuntularla əlaqəli olduqları və bu səbəblə də vergi idarəsi müdiri Ildiko Vint və beş yüksək vəzifəli şəxsin ABŞ-a girişlərinin qadağan olunduğunu bildirib. O dövrdə xalq, ölkədəki pozuntulara etiraz etmək üçün müxtəlif şəhərlərdə geniş tərkibli etirazlar təşkil edib.

Həmin dövrdə, internet istifadəsinə gətirilmək istənən vergilər, iqtidar partiyasına mənsub bəzi millət vəkillərinin lüks həyat tərzinə dair mətbuatda yer alan xəbərlər və hökumətin avtoritar təşəbbüsləri, xüsusilə ölkədəki gənclərdə böyük reaksiyaya səbəb olub.

Artan reaksiyalar səbəbindən baş nazir Viktor Orban, internetlə bağlı qanun layihəsinin geri çəkiləcəyini açıqlamaq məcburiyyətində qalıb. İnternet haqqında qanun parlamentdən geri çəkilməsinə baxmayaraq xalq, Orban rəhbərliyindəki hökumətin, ölkədə azadlıqları məhdudlaşdırdığını və korrupsiyaya bulaşanları mühüm məqamlara gətirdiyini müdafiə edərək etirazlarına davam edib.

2014-cü ilin oktyabr – 2015-ci ilin may ayları dövründə ölkə daxilində on minlərlə insanın iştirakı ilə keçirilən korrupsiya əleyhinə etirazlarda, Orban və hökumət istefa dəvət edilib. O dövrdə aparılan ictimaiyyət araşdırmalarında, korrupsiya iddiaları səbəbindən hökumətin 15 faiz səs itirdiyi qeyd olunub.

 2015-ci ildə, xüsusilə Yaxın Şərqdəki müharibələr səbəbilə Avropaya miqrasiya etmək istəyən insanlar səbəbindən ortaya çıxan «qaçqın böhranı» Macarıstandakı daxili siyasəti də tamamilə bu istiqamətə çevirib. Macarıstan hökuməti xalqın narazılığı, qaçqın və ksenofobiya siyasəti yeridərək unutdurmağa çalışıb.

 Macar hökumətinin yürütdüyü sərt mühacirət əleyhinə siyasət, daxili siyasətdə özünə böyük bir qazanc təmin edib. Ölkə daxilindən keçirilən böyük aksiyalar səbəbindən itirilən 15 faiz nisbətindəki səsin, son ictimaiyyət araşdırmalarında yenidən bərpa edildiyi görülüb.

Macarıstanda hazırda hökumətin səhiyyə və təhsil siyasətinə etiraz məqsədilə daha kiçik miqyasda aksiyalar davam edir.

 

Soros Macarıstanı iki yerə böldü?

 

Digər tərəfdən, Macarıstanda xalqı küçəyə tökən təşkilatlardan biri kimi də Soros fondları və ölkədəki əlaqələri göstərilir. Hökumətin Sorosun sahib olduğu fondlar və bu fondlarla bağlı qeyri-hökumət təşkilatları ilə bağlı keçirməyi planlaşdırdığı hüquqi tənzimləmə ölkəni sanki ikiyə bölüb.

Bəzi alim və mütəxəssislər, sözügedən hüquqi tənzimləmənin zərurət olduğunu bildirərkən, Sorosla əlaqəli QHT-lər ilə cəmiyyətləri çevirmək istədiyini və bu tənzimləmələrlə sözügedən QHT-lərin daha şəffaf hala gətirilməsinin planlaşdırıldığını müdafiə edib.

Ölkədəki QHT-lərin bəzilərinin xaricdən maddi dəstək alaraq daxili siyasətə müdaxilə etdiyini müdafiə edən ekspertlər, hüquqi tənzimləmə zamanı bu təşkilatların klassik QHT-lər olmadığı, gizli gündəlikləri olan və əcnəbilərin mənafelərini qorumaq üçün siyasət aparan təşkilatlar olduğunun ortaya çıxacağını irəli sürüb.

Digər tərəfdən, Macarıstanda hökumətin Sorosa hücum edərək ölkədəki mövcud problemləri unutdurmağa çalışdığını və məqsədin QHT-ləri qorxuya salmaq olduğunu düşünənlər də var.

Ölkədəki bu təbəqə də Macarıstanda minlərlə QHT-nin fəaliyyət göstərdiyini, hökumətin xüsusən mühacirət siyasəti və korrupsiya məsələsində özünü məcbur edən bir neçə QHT-dən böyük narahatlıq duyduğunu müdafiə edib.

Macarıstanda mərkəz sağçı Fidesz hökuməti, Macarıstan əsilli amerikalı məşhur investor Corc Sorosun qeyri-hökumət təşkilatlarını öz maraqlarını yerli hökumətlərə diktə etdirmək üçün istifadə etdiyini iddia edir.

Xülasə, Rumıniyada hökuməti geri addım atmağa məcbur edən etirazlar, Macarıstan, Serbiya və Bolqarıstan kimi ölkələrdə də oxşar həyəcanların baş verəcəyi haqda ictimaiyyət arasında müzakirələrə yol açıb.

Mübahisələrin küçələrdə kütləvi təzahürlərinin olub-olmayacağını isə yaxın günlər müəyyən edəcək.