

Uşaq istismarında günahlandırılan məşhur aparıcıya həbs cəzası
Baş nazirdən Sorosa suçlama
Media qurumunun əməkdaşlarının qohumları fars-molla rejimi tərəfindən hədələnir
Onların yalnız üçdə biri qadındır
«SSRİ-də seks yoxdur» söhbəti necə yaranıb?
Səudiyyə Ərəbistanı Qətərdən etdiyi tələblə 90-cı illərdəki «səhv»ini düzəltmək istəyir?
Yaxud, 1991-ci il, yanvarın 5-də baş tutacaq görüş
Suriyada hər gün 200 nəfər qurban gedir
Camaat lideri 16 ildən sonra ilk dəfə BBC-yə danışdı
«Qorxurlar və həsəd aparırlar» sözləri terrorçubaşını özündən çıxarıb
WikiLeaks-in yaradıcısı katoliklərin dini qurumunu casusluqda günahlandırdı
Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti 2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən «BBC News» saytında 2017-ci il sentyabrın 5-də dərc olunan «Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib» başlıqlı və «Guardian» qəzetində bu məsələ ilə bağlı gedən məqalələrə münasibət bildirib.
VAXT.AZ xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir:
«Qeyd edirik ki, nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adıçəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur. Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır.
Biz bilirik ki, bunların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Bu gün Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalıdır. Onunla əlbir olan erməni lobbisi Azərbaycan Prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır. Ancaq bu səylərə baxmayaraq, bunlar heç bir nəticə verməyib. Elə «Guardian» qəzetində gedən məqalənin müəlliflərindən birinin erməni əsilli Dina Naqapetyan olması faktı da bir daha onu göstərir ki, bu çirkin ittihamlar, o cümlədən dünya erməniliyinin növbəti mənfur hərəkətidir».