«Ölkəmizi dağıdır»
Baş nazirdən Sorosa suçlama
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Mümkün və zəruridir”
Orban: “Sülh planını gözləsək, heç vaxt sülh olmayacaq”
-
AB Macarıstanı boykot edir
Brüssel Budapeştdə təşkil edilən toplantıya aşağı səviyyədə heyətlə qatılıb
-
Brüssel-Budapeşt ziddiyəti
AB administrasiyası ilə Macarıstan arasında “cəza” gərginliyi davam edir
-
“Tramp artıq qapıdadır”
Orban: “Qiyamət zamanı təkcə fərdlər deyil, millətlər də mühakimə olunacaq”
-
“Qərbdə əxlaq qalmayıb”
Orbandan: “Qonaqların sayı ev sahiblərinin çox olanda o, artıq ev deyil”
-
Borrell boykot edib
“Simvolik də olsa, siqnal göndərməliyik”
-
Orbana qurşaqdan aşağı zərbə
Avropa Parlamentinin deputatları Macarıstanın Aİ-də səsvermə hüququnun alınmasını tələb edir
-
Putinlə görüş Orbana problem yaratdı
AB-nin Macarıstanla bağlı qərarı
-
“Həyatla ölüm arasında”
Viktor Orban: “Baş nazir üçün dua edirik”
-
Ukrayna Orbana cavab verdi
“Sanksiyalar təcavüzkarın cinayətlərinə görə məsuliyyət daşımasına kömək edir”
-
“Putinə dərhal atəşkəs təklif etdim”
Baş nazirdən Rusiya Prezidentinə telefon zəngi
-
Soros Macarıstandan gedir
Fond Budapeştdəki ofisini Berlinə köçürür
-
Sorosun «böyütdüyü» «Şeytan»
Putin Avropanı dağıtmaq üçün Macarıstan baş nazirindən istifadə edir
-
«Ukraynaya yola çıxdıq»
Mixail Saakaşvili: «Artıq Krakovetsə gedirik»
-
«Səfər Əbiyevin o əmri Macarıstanı pis vəziyyətdə qoymuşdu...»
Səfir Vilayət Quliyevin Ramil Səfərovun azad edilməsi ilə bağlı xatirələri
-
Pirojki adlı macar qızı...
... Yaxud «Molodyojnı lager»də qafqazlıların intriqası
Baş nazir Corc Sorosu onun ölkəsini dağıtmaqda, milyarder isə Orbanı repressiv rejim yaratmaqda suçlayır Macarıstanda 2018-ci ilin aprelində keçiriləcək parlament seçkilərinə hələ 3 ay qalmış siyasi gərginlik pik həddə çatıb. İqtidarda olan «Fides» partiyasının sədri və baş nazir Viktor Orban ölkənin başına gələn bütün müsibətlərdə ABŞ milyarderi Corc Sorosu günahlandırıb və onu Macarıstanı dağıtmaq istəməkdə ittiham edib.
Corc Soros isə video-müraciətində ittihamları cavabsız qoymayaraq macar baş nazirin ölkədə yaratdığı rejimin sovet illərdə olduğundan daha repressiv xarakter daşıdığını söyləyib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Viktor Orban Corc Sorosa qarşı bir neçə ildir hər yerdə səsləndirdiyi ittihamlarının demək olar ki, hamısını «Kossuth» radiostansiyasına verdiyi müsahibəsində təkrarlayıb. Baş nazir bütün bunlara əlavə ittihamlar da qoşub. O, Sorosu qəsdən Macarıstanı müsəlman miqranlarla doldurmaq istəməkdə təqsirləndirib və milyarderin növbəti seçkilərdə miqrantlar vasitəsilə Macarıstanı məhv etmək niyyətində olduğunu bildirib.
Baş nazir qeyd edib ki, Macarıstan xüsusi xidmət orqanları Corc Sorosun ölkədə fəaliyyət göstərən QHT-lər vasitəsilə ölkənin siyasi həyatına göstərdiyi təsirlə bağlı yeni və gizli dosye üzərində işlərini tamamlayıblar. O, işin detallarını açıqlamasa da Sorosun öz planlarını məhz növbəti seçkilər vasitəsilə gerçəklədirməyə çalışdığını sözlərinə əlavə edib.
«Onun adamları mətbuatda gedən yazıları maliyyələşdirməklə, təbliğat aparmaqla, habelə xüsusi ictimai təşkilatlar vasitəsilə minlərlə insana pul verməklə məşğul olacaqlar. Bu məqsədlə ilk öncə seçkiqabağı təbliğat aparan partiyaların nümunəsində xüsusi «vətəndaş mərkəzləri» qurulacaq. Bununla da Sorosun şəbəkəsi Macarıstanda seçki kampaniyasına aktiv müdaxilə imkanlarını əldə edəcək», - deyə baş nazir qeyd edib.
Orban bir qədər də irəli gedərək Macarıstanın dövlət olaraq varlığının növbəti seçkilərdə həll olunacağını söyləyib.
Siyasi ekspertlər bu cür fikirlərin məhz baş nazir V.Orban tərəfindən səsləndirilməsini maraqla qarşılayırlar. Belə ki, elə Orbanın özü keçən əsrin 80-ci illərində Corc Sorosun fondundan aldığı təqaüdlə Oksford universitetində təhsil alıb.
Viktor Orbanın çıxışından sonra isə sosial şəbəkələrdə Corc Sorosun macar xalqına videomüraciəti yayımlanıb. Müraciət «Açıq cəmiyyət» beynəlxalq xeyriyyəçi təşkilat vasitəsi ilə çatdırılıb.
Amerikalı milyarder öncə Orbanın onun ünvanına səsləndirdiyi bütün ittihamları rədd edib. Soros baş nazirin onu düşmən olaraq təqdim etməsinə rəğmən şəxsən onun özünə qarşı heç bir şəxsi qərəzinin olmadığını bildirib. «Bizim sadəcə prinsiplərimiz və baxış tərzlərimiz fərqlənir. Mən onun yaratdığı sistemə qarşı çıxıram» - Soros deyib.
Daha sonra nitqindəki ifadələri sərtləşdirən Soros Orbanın Macarıstanda antidemokratik sistemə söykənən mafioz rejim yaratdığını və bundan hakimiyyətdə qalmaq və varlanmaq məqsədilə istifadə etdiyini qeyd edib.
Corc Sorosun sözlərinə görə, Viktor Orban ona qarşı müxalifətdə olan insanları əzməklə və istismar etməklə məşğuldur. «Fikrimcə hazırkı rejim xalqa Sovet işğalı dönəmindən daha çox əzab verir», milyarderin müraciətində deyilir.
Sorosun sözlərinə görə, Orbanın onun təşkilatlarına qarşı ittihamları seçkidə qalib gəlmək üçün uydurulmuş bəhanələrdir.
O, həmin təşkilatlarda çalışan insanların qorxu altında yaşadıqlarını söyləyib: «O bizləri məhv etmək istəyir. Lakin mən hazırda Macarıstanda deyiləm, buna baxmayaraq mənim dəstəklədiyim insanlar orada yaşayırlar və dövlətin üzərindəki təzyiqləri hər gün hiss edirlər».
Siyasi müşahidəçilərin fikrincə Orbanın Sorosa qarşı çıxmasının arxasında əsasən seçkidə qalib gəlmək məqsədi durur. Macarıstan baş nazirinin onu hədəf-düşmən göstərməklə, xalqın diqqətini ölkədəki sosial-iqtisadi problemlərdən yayındırmaq istədiyini söyləyənlər də az deyil.
Hər halda son sorğular hələ də onu partiyasının daha populyar olduğunu nümayiş etdirir.