vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 23 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TƏHSİL, DİN  
16:32 | 24 sentyabr 2017 | Bazar Məqaləyə 2833 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Canlılar da yuxu görürmü?

Meduzalar təkamül baxımından yatan heyvanların ən qədimidir

«The Telegraph» yazır ki, bitkilərin insanlar və heyvanlar kimi yuxuya ehtiyacı ola bilər. Bunu yeni elmi araşdırma iddia edir.

Birləşmiş Ştatlarda aparılmış elmi təcrübə beyinsiz canlıların da yatmasına dair dəlillər aşkar edib. Bu, alimləri belə bir nəticəyə gətirib çıxarıb ki, yatmaq və ola bilsin yuxu təkcə heyvanlara yox, ümumilikdə həyata aid təməl vərdişlərdən biridir.

Təcrübə bütün həyatını başayaq vəziyyətdə okeanın dibində keçirən və arabir titrəyən onurğasız meduza üzərində aparılıb.

Kaliforniya Texnoloji İnstitutunun alimlər qrupu meduzaların Kasiopi (Cassiopea) növünü diqqətlə müşahidə edirdi.

Alimlər bu canlıların gecənin müəyyən vaxtlarında nisbətən fəaliyyətsiz hala düşdüyünə diqqət yetiriblər. Başayaq meduza gün ərzində 58 döyüntü nümayiş etdirsə də, gecə saatlarında döyüntülərin sayı 39-a enirdi.

Bu qədim orqanizmin də yuxuya ehtiyacı olması göstərir ki, yatmaq vərdişi təkamülün indiyə qədər düşünüldüyündən daha erkən vaxtlarında yaranıb.

Bu faktı ümumiləşdirən alimlər belə bir nəzəriyyə irəli sürüblər ki, yatmaq vərdişi bütün canlı aləmə xas cəhətdir.

«Əslində meduzanın yatması niyə qəribə görünməlidir ki? Məməlilər və hətta qurdlar və meyvə bitləri kimi onurğasızlar da yatırlar, - deyib təcrübəni aparan alim Ravi Naz (Ravi Nath), - lakin meduzalar təkamül baxımından yatan heyvanların ən qədimidir».

Bu tapıntı belə bir mülahizəyə gətirib çıxarır: Yuxu neyronlara aid bir şeydirmi?

Bu mülahizə cəsarətli bir sual da doğurur: Elə isə bitkilər də yatırlarmı?

Orqanizmin yuxuda olmasını göstərən onun nisbi fəaliyyətsizliyi, bir də kənar təsirlərə zəifləmiş reaksiyası ola bilər.

Və nəhayət orqanizm yatmağa ən çox yuxudan məhrum edildikdə can atır.

«Biz insanlar yatanda qeyri-fəalıq və bəzən səs-küylü şəraitdə də yuxuya gedə bilirik. Digər tərəfdən əgər gecə kifayət qədər yatmamışıqsa, gündüz də yuxuya gedə bilirik. - deyib bu təcrübədə iştirak edən başqa bir alim – Klayr Bedbruk (Claire Bedbrook), - biz meduzadan tamamilə fərqlənə bilərik, amma ikimizin də yatmağa ehtiyacımız var».

Bu ilin əvvəllərində bir meşəçi iddia etmişdi ki, Britaniya şəhərlərinin küçələrindəki ağaclar elektrik işığında gecə-gündüz siklindən və ya «yuxudan» məhrum edildiklərinə görə erkən quruyurlar.

Peter Uohleben (Peter Wohlleben) demişdi ki, məhz buna görə də eyni növdən olan ağaclar kənd yerlərində şəhərdəkindən daha uzun ömür yaşayır.