vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 23 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
22:16 | 3 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3197 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... «Namazov» kimdir?

Riyaziyyatçı repititorların istinad etdiyi ...

Azərbaycanda repititorlar 5-dən 9-cu sinfə qədər riyaziyyatdan hazırlaşan şagirdlərə «Namazovun kitabı»nı almağı tapşırır, hətta məktəblərdə də dərsliklə yanaşı çalışma kitabı kimi ondan istifadə olunur.

«Namazovun kitablarındakı tapşırıqlar çətin və düşündürücüdür, uşaq daim duşundükcə beyni fəallaşır», Bakıda hazırlıq kurslarının birində dərs deyən riyaziyyat müəllimi Rüfanə Babayeva «BBC Azərbaycanca»ya deyir.

O əlavə edir ki, Namazovun kitablarında təkcə dərslikdəki mövzu əhatə edilmir, həm də əlavə tapşırıqlar verilir.

Sadəcə, «Namazov» kimi tanınan riyaziyyatçı Mübariz Namazov Bakının Texniki-Humanitar Liseyində dərs deyir.

1996-cı ildə ilk riyaziyyatdan çalışma kitabını yazan Mübariz Namazovun 60-dan çox vəsaitin müəllifidir. O, dərslik yazmaq təklifindən hər dəfə imtina edib:

«Dərslik üçün çox tələblər qoyulur. Çalışma belədir ki, yazırsan, birinin xoşuna gələcək, birinin gəlməyəcək. Sovet dövründəki kimi əlavə çalışmalar vardı, mən də bu yolu davam elətdirirəm».

«BBC Azərbaycanca»ya müsahibəsində Mübariz Namazov 10-cu sinif üçün də başladığı qiymətləndirmə kitabını bitirəndən sonra daha vəsait yazmayacağını, yorulduğunu deyir.