«Pensiyalar artacaq»
Nazir Səlim Müslimov xəbəri təsdiqlədi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
181 ölüyə pensiya yazılıb?!
Səlim Müslümova şok ittiham
-
«Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?»
Nazir deputatın sualına sualla cavab verdi
-
«İşsizlərin böyük qismi gənclərdir»
«Amma kadrların azlığından şikayət var»
-
Yeni nazirdən yenilik
Səlimovun tapşırığı ilə avtomobil və mənzil növbəsinə duranların siyahısı ƏƏSMN-in saytında yerləşdiriləcək
«Əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi ilə bağlı layihə ilin sonunadək Prezident Administrasiyasına təqdim olunacaq». Bunu İstanbulda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslimov deyib.
Nazir xatırladıb ki, 2017-ci il iyunun 1-dən «Əmək pensiyaları haqqında» Qanuna müvafiq dəyişikliklər edilib: «Artıq pensiyaların artımının yeni forması qanunla müəyyənləşdirilib. Bu da ondan ibarətdir ki, hər ilin əvvəlində əvvəlki il əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyanın bütün məbləği indeksləşdiriləcək. Biz ilin sonunda Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkədə orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat alacağıq və həmin səviyyəyə uyğun olaraq əmək pensiyalarının bütün məbləğinin indeksləşdirilməsi barədə müvafiq təklifi dövlət başçımıza təqdim edəcəyik».
S.Müslimov hesab edir ki, bu, düzgün metoddur. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində əmək pensiyalarının artımı bu formada həyata keçirilir: «Çünki yeni edilən dəyişikliklərə görə artıq əmək pensiyalarının baza hissəsi deyilən bir anlayış yoxdur. Əvvəllər baza hissəsi cənab Prezidentin müvafiq sərancamına görə artırılırdı, sığorta hissəsi isə ölkədə inflyasiya faizinə uyğun olaraq indeksləşdirilirdi. Artıq baza hissəsi deyilən bir anlayış yoxdur, əmək pensiyalarının tam məbləği var. Bu məbləğin indeksləşdirilməsi lazımdı və bu indeksləşdirmədə ölkədə orta aylıq əmək haqqının illik artımının faizi əsas götürülüb».
Nazir bildirib ki, bundan başqa, ayrı-ayrı insanların individual, yəni fərdi hesablarına daha çox vəsait toplamalarına hər cür şərait yaradılıb. S.Müslümov vurğulayıb ki, onların pensiyalarının artımı buna bağlıdır: «Eyni zamanda yeni qanuna görə sosial sığorta hesabları fərdi hesaba açıqdır. Yəni istənilən şəxs bank vasitəsilə ora vəsait köçürə bilər və bu yolla da özlərinin pensiyasının artımına nail ola bilərlər».
Xatırladaq ki, virtualaz.org ötən buraxılışlarından birində gələn il Azərbaycanda büdcədən maliyyələşən təşkilatlarda əmək haqlarının və pensiyaların artırılacağı haqda yazmışdı.