vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
22:02 | 6 oktyabr 2017 | Cümə Məqaləyə 2047 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gazprom» niyə qayıdır?

Ekspert: «Qaz alqı-satqısı heç də vacib deyil»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın «Gazprom» şirkəti Azərbaycana gəlir. «Gazprom»un Direktorlar Şurasının sədri Azərbaycanda şirkətin nümayəndəliyinin açılması məsələsini razılaşdırıb. Bu haqda şirkətin məlumatında bildirilir.

Rusiyanın nəhəng qaz inhisarçısının Azərbaycandakı nümayəndəliyini bərpa etməsinə ekspertlər fərqli aspektlərdən yanaşır.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, yaxın vaxtlarda Azərbaycana Rusiya qazı tədarük edilə bilər. Ekspert bunu «mühüm hadisə» adlandırır. Onun fikrincə, Türkiyə və Gürcüstana əvvəlki sazişlər üzrə kəsir, eləcə də «AzMeCo» metanol zavodunun ildə 800 milyon kubmetr ehtiyacı Rusiya qazı hesabına təmin edilə bilər.

«Son illər ölkədə qaz hasilatı azalır. «Şahdəniz -2» layihəsinin işə düşməsinə isə iki ilə qədər vaxt qalıb. Bu müddətdə əlavə həcmlərə ehtiyac var və ehtimal ki, kəsir Rusiya qazı ilə doldurulacaq. Buna görə SOCAR və «Gazprom» Rusiya qazının Azərbaycana tədarükü barədə saziş imzalaya bilər», - N.Cəfərli bildirib.

Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban isə hesab edir ki, «Gazprom»un Azərbaycanda nümayəndəliyinin bərpası bu sahədə sonrakı əməkdaşlıq planları ilə bağlı ola bilər.

«Qazın alqı-satqısı heç də vacib deyil. Məsələn, bu, servis xidməti və sahə üzrə avadanlıq istehsalı üzrə birgə müəssisələrin yaradılması məqsədi daşıya bilər», - deyən ekspertin fikrincə, iki ildir bu iki ölkə qaz sahəsində əməkdaşlıq etmir:

«Çünki İran Azərbaycana qazı daha əlverişli şərtlərlə satır. Yəni, 1 milyard kubmetr çatışmayan qaz 2016-cı ildən bu ölkədən alınır. 2014-cü ildən isə Azərbaycan qazının Dağıstana tədarükü dayandırılıb».

Xatırladaq ki, «Gazprom» şirkətinin Avropa bazarında payı 27 faizdən çoxdur. O, Azərbaycanda 6 il çalışıb. Rusiya şirkəti 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql etmişdi.