16:54 | 25 yanvar 2014 | Şənbə
Məqaləyə 2002 dəfə baxılıb
Şriftin ölçüsü
QMİ hərəkətə keçdi
«Azərbaycanda vəhhabilərlə bağlı kəskin sənəd hazırlanır»
Son vaxtlar KİV-də azərbaycanlıların Suriyada döyüşlərdə öldürülməsi, vəhhabilərin çoxalması, həmçinin dinə qarşı çıxanlarla bağlı məlumatlar yerləşdirilir.
Bununla bağlı «Xeberdar.az» saytı QMİ-nin sədr müavini, Bakı İslam Universitetinin rektoru, Hacı Sabir Həsənli ilə əlaqə saxlayıb. Hacı Sabir açıqlamasında deyib: «Kimin bizə qarşı nə müsahibə verməsi ilə bağlı məlumatım yoxdu, amma baş verən son hadisələrlə bağlı QMİ-si tərəfindən bir sənəd hazırlanır. Qeyd edim ki, son vaxtlar baş verən Suriya məsələləri, eyni zamanda vəhhabilərlə bağlı çox kəskin bir sənəd hazırlanır. Gələn həftə bu sənəd KİV-ə təqdim olunacaq. Hal - hazırda bununla bağlı müəyyən işlər görülür. Bir daha deyirəm ki, bu sənəd çox kəskin məzmuna malik olacaq».