vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
21:01 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2717 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Namizədliyini geri götürdü

Polad Bülbüloğludan gözlənilməz addım

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb.

Virtualaz.org bildirir ki, P.Bülbüloğlu bu addımı oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra atıb: «Mən fəxr edirəm ki, ölkəm tərəfindən UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyim irəli sürülüb. Azərbaycan hökumətinə, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mənə göstərdiyi etibara və dəstəyinə görə təşəkkürümü bildirirəm.

Seçkilərə az müddət qalmış biz intensiv seçki kampaniyası keçirtdik. Bu çətin işdə mənə yardım göstərənlərə təşəkkürümü bildirirəm.

UNESCO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinə çoxsaylı səfərlər gerçəkləşdirilib. Onlarla görüşlər, çıxışlar və təqdimatlar keçirilib. Beynəlxalq nəşrlərdə məqalələr çap olunub. Həmin məqalələrdə Azərbaycanın namizədinin UNESCO-nun gündəmi, təşkilatın gələcək fəaliyyəti ilə bağlı mövqeyi işıqlandırılıb. Bunlar böyük diqqət və dəstəklə qarşılanıb.

Məhz UNESCO-nun İcraiyyə Komitəsinin üzv ölkələrinin seçki kampaniyası çərçivəsində göstərdiyi dəstək bizə uğura ümid etməyə əsas verib.

Lakin qələbə üçün lazım olan 30 səs uğrunda Azərbaycanla yanaşı Çin, Fransa, Misir kimi iri, ümumilikdə isə 8 dövlətin iştirakı ilə aparılan yüksək rəqabətli mübarizə zamanı biz seçkiqabağı kampaniyadakı uğuru davam etdirə bilmədik və lazımi sayda səs toplaya bilmədik.

Bu səbəbdən mən təəssüflə seçki mübarizəsini dayandırmağı qərara aldım. Lakin mən hesab edirəm ki, borcumu yerinə yetirmişəm, çünki məndən asılı və lazım olan hər şeyi etmişəm.

Bu cür mötəbər beynəlxalq təşkilatın rəhbəri vəzifəsinə namizədliyinin irəli sürülməsi faktı hər bir insanın həyatında böyük bir nailiyyətdir».

Səfir seçki prosesində ona dəstək göstərən hər bir kəsə dərin minnətdarlığını bildirib.

Xatırladaq ki, UNESCO-nun İcraiyyə Şurası oktyabrın 9-da keçirilən səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunu seçə bilməyib. Bu gün UNESCO-nun baş direktoru vəzifəsinə keçirilən səsvermənin ikinci turu da nəticəsiz başa çatıb və heç bir namizəd yenə də səs çoxluğuna nail ola bilməyib.

Onu da qeyd edək ki, UNESCO-nun baş direktoru vəzifəsinə 5 ölkənin nümayəndəsi israrlıdır. İlk üçlüyə Qətər, Fransa və Misirin namizədi düşüb. Səsvermənin növbəti turu oktyabrın 11-də keçiriləcək. Yeni baş direktorun adının oktyabrın 13-də məlum olacağı ehtimal edilir.