Dilim-dilim, Ana dilim
İranda on milyonlarla soydaşımızın ana dilində təhsil hüququ yoxdur
AYXAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
754 milyon oxuma-yazma bilmir
-
140 ölkə üzrə 678 element ...
UNESCO-da kimin daha çox irs nümunəsi var?
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Türkiyənin qorunan irsi 25-ə çatdı
Daha 4 nominasiya qeyri-maddi irs nümunələrinin siyahısına salındı
-
UNESCO irs xəzinəsinə yeni nümunələri müzakirə edir
Rabatda keçirilən sessiyanın gündəliyində Azərbaycanla bağlı irs elementləri də var
-
Hamısı bir yerdə ...
... Ermənilər, UNESCO və Azərbaycan “müxalifət”i
-
UNESCO Mehriban xanımı itirdi
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
-
UNESCO Fransanın siyasətini icra edir
Azule yanaşmalarının əsasını Parisin qarayaxma kampaniyası təşkil edir
-
Borş kimindir?
UNESCO suala nöqtə qoyub
-
Erməni lobbisi UNESCO-ya da sızdı?
Azərbaycana qarşı növbəti qərəz
-
Moskva UNESCO-nu siyasətinə alət edir
Monitorinqlər ünvanlı deyil geniş həyata keçirməlidir
-
Yubileyi UNESCO-da qeyd ediləcək
Hacı Zeynalabdin Tağıyevin təvəllüd tarixindəki qeyri-müəyyənlik nə ilə bağlıdır?
-
Dünyanın mədəni irs xəzinəsindəki sənət incimiz
26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür
-
Mehriban Əliyevadan təbrik mesajı
“Tarixi irsimizin dünyada tanıdılmasında böyük nailiyyətlər əldə edilib”
-
“Ümumbəşər mədəniyyətinə verdiyimiz töhfə...”
Prezident Azərbaycan xalqını təbrik edib
Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər.
UNESCO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Bu gün İran adlanan ölkədə yeridilən şovinist siyasət nəticəsində qeyri-fars millətlərinin ən doğal hüquqları, o cümlədən ana dilində təhsil almaq hüququ pozulur. İranın bütün qeyri-fars millətləri bəluclar, türkmənlər, kürdlər, ərəblər də etnik diskriminasiya siyasətinə məruz qalır.
Fars şovinizimin basqılarına ən çox məruz qalan da Güney Azərbaycan türkləridir. Güney Azərbaycanda hər il Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif tədbirlər həyata keçirilir, lakin bu tədbirlərin təşkilatçıları İran rejiminin xüsusi təqib və təzyiqlərinə məruz qalır.
Təxminən hər il Dünya Ana Dili Günü ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərlərində çox sayda soydaşımız rejim tərəfindən saxlanılır.
Bu gün Güneydə onlarla ana dili məhbusu, o cümlədən Tohid Əmirəmini, Əkbər Nəimi, Məhəmməd Eyni, Əlirza Fərşi, Əli və Rza Vasiqi qardaşları, Ruzbeh Piri cəza çəkir. Tanınmış milli fəal Abbas Lisani məhkəmədə türk diində müdafiə olunmaq tələbi ilə çıxış etdiyinə görə təzyiqlərə məruz qalıb.
Güney Azərbaycan türkləri dünya ictimaiyyəti və ölkə rəhbərliyinin diqqətini ana dilində təhsil məsələsinə cəlb etmək üçün çeşidli cəhdlərə baş vurur, ancaq millətin bu haqlı tələbi heç bir şəkildə təmin olunmur, mədəni fəallara polis dəyənəkləri, təzyiqlər və həbs cəzası ilə qarşılıq verilir.
Beynəlxalq Ana Dili Günü ərəfəsində divarlara “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Türk dili rəsmi dil kimi tanınsın”, “Yaşasın Azərbaycan”, “Ana dilim - Türk dili”, “İran türklər üçün zindandır” və s. kimi şüarların yazılması, bu zəmin broşura və vərəqələrin paylanması adi hala çevrilib.
İranın qüvvədə olan Konstitusiyasında qeyri-fars millətlərinə ana dilində təhsil almaq hüququ verilib. Lakin bu hüquq kağız üzərində qalıb. Hər seçkidə prezidentliyə namizədlər qeyri-fars millətlərinə ana dili ilə bağlı şirin vədlər versələr də, sonradan bu vədi “unudurlar”.
İranda super-etnos sayılan farsların sayı türklərin sayından artıq deyil.
Lakin hakimiyyətdə olan molla cildinə girmiş fars şovinistləri 30 milyondan çox Azərbaycan türkünün doğal haqqını tanımaq niyyətində deyil.
Molla rejimi yalnız fars dilinin inkişafının qayğısına qalır. Fars dilini nəinki İranda, hətta qonşu dövlətlərdə də inkişaf etdirmək siyasəti aparılır. Bu siyasətə milyonlar xərclənir.
İran hakimiyyətinin məqsədi türk dilini unutdurmaq, türk milli kimliyini məhv etməkdir. Ölkədə uşaqlara türk adlarının verilməsi yasaqdır. Uşaqlara yalnız dini və fars mənşəli adlar qoyula bilər.
Məsələn, güneyli valideyn övladına “Laçın”, “Yağış”, “Aydın”, Yağmur”, “Aylin” adını qoya bilməz. Ancaq fars kültüründən gələn “Kuruş”, “Dariyuş”, “Kambiz”, “Mənuçöhr” adını qoya bilər.
Fars şovinistlərinin əsas amacı İranda etnik asimilyasiya siyasəti aparmaq, qeyr-fars dillərini məhv etmək, bütün millətləri tədricən farslaşdırmaqdır.
Lakin bu mürtəce siyasət iflasa məhkumdur. İran millətləri artıq əvvəlki durumda deyil. Son 20 ildə qeyr-fars millətlərində milli şüurun oyanışı prosesi sürətlənib. Artıq Güney Azərbaycan türkləri məzhəb çadrasına bürünmüş rejimin əsl mahiyyətini yaxşı bilir.
Rejimin bütün basıqaların baxmayaraq türk dilinin qorunub saxlanılması uğrunda mücadilə davam edir.
Hər il Güney Azərbaycan şəhərlərində uşaqlarla və yeniyetmələrə türk dilində çap olunmuş kitablar paylanılır. Milli fəallar sosial şəbəkələrdə ana dili aksiyaları keçirir, müxtəlif adlı həştəqlərlə kampaniyalar təşkil edir. Ana dilimiz bütün basıqalara rəğmən yaşayacaq, inkişaf edəcək.
Heç kimi baldan şirin dilimizi unutdura bilməyəcək. 70 il rus imperiyası Quzey Azərbaycanda bunu bacarmadı, fars şovinistləri də nail ola bilməyəcək.
Sevimli şairimiz Vaqif Bayatlı Önərin təbiri ilə desək:
Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa bircə daşım,
Milyon illər sönən deyil.
Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da dilim dilim
Başqa dilə çönən deyil.