vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
QARABAĞ  
18:47 | 16 fevral 2022 | Çərşənbə Məqaləyə 1092 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni lobbisi UNESCO-ya da sızdı?

Azərbaycana qarşı növbəti qərəz

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Məlum olduğu kimi, cari ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olundu. Lakin burada bir təəssüf doğuran məqam diqqətdən yayınmaya bilməz.

Azərbaycan bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar, müraciətlər edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb. Təəssüflər olsun ki, geridə qalan bu illər ərzində belə bir missiya həyata keçirilməyib. Maraqlıdır ki, uzun illərdir Azərbaycan ermənilər tərəfindən həm Ermənistanda, həm də işğal altında olan ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin dağıdılması, silinməsi istiqamətində məqsədyönlü iş aparıldığı barədə UNESCO-ya müraciət edərək, bu cinayətlərə son qoyulmasını tələb etsə də təşkilat bütün bu müraciətləri qulaq ardına vurub və hər hansı bir tədbir görmək barədə özünə əziyyət belə vermədi.

Amma Azərbaycan xalqının bütün mədəni irsini məhv edən Ermənistana qarşı heç bir tədbir görməyən bu qurumun indi ermənilərin qondarma iddialarına belə operativ reaksiya verməsi ikili standartlardan yanaşmanı bir daha ortaya qoymuş olur.

Torpaqlarımız 30 ilə yaxın bir müddətdə işğal altında olarkən UNESCO Qarabağda dağıdılan dini, mədəni, tarixi irsə malik abidələrimizin taleyi ilə maraqlanmasa da, ermənilərin və onların havadarlarının çağırışı ilə azad olunmuş ərazilərə təcili nümayəndə heyəti göndərməyə qərar verməsində rəsmi Bakı üçün təəccüblü bir şey yoxdur. Əsas olan beynəlxalq təşkilatın Qarabağa göndəriləcək nümayəndə heyətinin necə formalaşacağı prosesini diqqətdə saxlaması məsələdir. Çünki zərrə qədər də şübhə edilmir ki, erməni lobbisi həmin heyətə öz adamlarını salmaqla qərarlara birbaşa müdaxilə etməyə çalışacaq.

Artıq bunun ilk işartıları da özünü göstərməyə başlayıb. UNESCO nümayəndəsinin səfər edəcəkləri həmin ərazilərə “Dağlıq Qarabağ” deməsi Ermənistan mövqeyindən çıxışdan başqa bir şey deyil. Çünki bu termini artıq Avropa İttifaqı, BMT, Rusiya, Fransa kimi dövlətlər, eləcə də Nikol Paşinyan belə dilə gətirməyə ehtiyat edirsə və səsləndirdikləri bəyanatlar, göstərdikləri mövqe ilə artıq Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiklərini göstərirlərsə, UNESCO nümayəndəsinin artıq mövcud olmayan belə bir ərazi vahidini qeyd etməsi şübhəsiz ki, erməni lobbisinin “işi” nəticəsində mümkün ola bilərdi. Bu, Azərbaycanın suverenliyinə hörmətsizlik, erməni propaqandasına xidmətdən başqa bir şey deyil.

Belə bir vəziyyətdə Azərbaycan UNESCO-nun ədalətli qərarında necə ümid edə bilər, onun obyektivliyinə hansı əsasla güvənə bilər?

UNESCO nümayəndəsinin bu açıqlaması siyasi bəyanat yükü daşıyır və tamamilə Cenevrə Konvensiyasına zidd bir davranışdır. Baxmayaraq ki, biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bir neçə il bundan öncə, hələ işğal dövründə UNESCO-nu buraya səfər etməyə və ərazilərimizdə nələrin törədildiyini görməyə dəvət edilsələr də onlar nümayəndələrini Qarabağdakı vəziyyətlə tanış olmağa göndərmədilər. Təşkilatdan uzun illər idi ki, tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar bundan imtina etdilər. UNESCO rəsmilərinin o vaxt Bakıya verdikləri cavabı indi xatırlayanda təzadlı qərarların (İşğal dövründə UNESCO rəsmiləri Bakıya cavab verdilər ki, UNESCO siyasi məsələlərə qarışmır - red) şahidi oluruq.

Bir növ özünü Fransa XİN-in bir departamenti kimi aparan və açıq aydın erməni maraqlarına xidmət edən bu təşkilat nümayəndələri unudurlar ki, Qarabağa gələcək heyət “ünvanlı monitorinq” deyil, geniş monitorinq həyata keçirməlidir, əks halda onların istənilən ədalətsiz qərarı, elan edəcəkləri nəticələr Azərbaycan tərəfindən tanınmayacaq. (Milli.az)