vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 26 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
MEDİA-QHT  
02:56 | 27 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 2123 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaşar Cəfərli istefa verdi

«Fəaliyyətimi 50 yaşım tamam olan gün dayandıracağımı söz vermişdim»

İnformasiya şöbəsi

“Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri Yaşar Cəfərli mediaya məktub göndərib. Məktubda deyilir:

“Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri, QHT-lərin “Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf” koalisiyasının prezidenti Yaşar Cəfərlinin

Bəyanatı
Hörmətli ehtiyatda və istefada olan zabitlər, hörmətli koalisiya üzvləri,
23 fevral 2014-cü il tarixində mənim, Cəfərli Yaşar Musa oğlunun, ictimai birliyin sədri kimi ictimai fəaliyyətimin 11-ci ili, 30 aprel 2014-cü il tarixində isə koalisiyamıza koordinatorluğun 9-cu ili  tamam olur.
Həyatda hər şeyin bir sonu var. Mənə yaxın olan hər bir şəxs, - təşkilat üzvləri də, koalisiyamıza daxil olan QHT rəhbərləri də, ailə üzvlərim də, dost-tanış da bilir ki, mən təşkilat rəhbəri və koalisiya koordinatoru olaraq ictimai fəaliyyətimi 50 yaşım tamam olan gün dayandıracağımı söz vermişdim.
Diqqətinizə çatdırıram ki, bu il fevralın 27-də mənim 50 yaşım tamam olur.
28 fefral 2014-cü il tarixindən etibarən “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri, QHT-lərin “Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf” Koalisiyasının (“SeDEP” QHT-lər koalisiyası) prezidenti olaraq ictimai fəaliyyətimi dayandıracağımı bəyan edirəm.
İstefa verməyimə tam şəkildə aydınlıq gətirmək üçün aşğıdakı digər məqamları da diqqətinizə çatdırıram:  
1) İctimai fəaliyyətimi 50 yaşım tamam olan gün dayandıracağım barədə verdiyim sözün üstündə durmağı özümə borc bilirəm;
2) Hesab edirəm ki, həm ictimai birlik sədri kimi 11 il, həm də koalisiya rəhbəri kimi 9 il çox böyük müddətdir. Uzun müddət eyni işlə məşğul olmaq məni yorur və kreativliyi zəiflədir. Bu da öz növbəsində təşkilatın inkişafına, rəqabətə dözümlülüyə və s. əngəllər törədir;
3) Başqalarına da rəhbər vəzifələrdə işləmək üçün şərait yaradılmalıdır;  
4) Peşəkar hərbçi olaraq mən karyeristəm və daha perspektivli işlə məşğul olmaq istəyirəm. Burada isə mənim üçün perspektivlər tükənib;
5) Ağıllı idmançılar karyerasının olimpindən idmanı tərk edirlər. İndi məndə də belə bir vəziyyətdir. İstər insan haqları və hüquq müdafiəsi, istər ictimai nəzarət, istər maarifləndirmə, istər qanunvericiliyin təkmilləşdirilməsi, istər vətənpərvərliyin və dövlətçiliyin təbliği, istər koorupsiya və məmur özbaşınalığına qarşı mübarizə, istər hökuməti islahtların keçirilməsinə sövq etmək, istər müxalifəti və cəmiyyətin digər təbəqələrini ordu quruculuğu proseslərinə diqqəti artırmağa təşviq etmək, istər ordunu iqtidar-müxalifət münasibətlərində mübahisə predmetinə çevirməmək və s. sahələrdə xeyli birgə uğurlarımız var. Hamısını sadalamağı lüzum görmürəm. Təhlükəsizlik və müdafiə sektorunda gedən proseslərlə maraqlanan hər kəs bu müsbətlərdən xəbardardır. Həm ictimai birliyimiz, həm də koalisiyamız bu sahədə №1 statususnu qazanıb və əleyhimizə aparılan bütün çirkin kampaniyalara baxmayaraq neçə ildir ki, bu status-kvo dəyişməz qalır. Uzun illər apardığımız mübarizəmizdə haqlı olduğumuz Səfər Əbiyevin Müdafiə Naziri vəzifəsindən çıxarılması ilə rəsmi səviyyədə də təsdiqini tapdı.
Bununla yanaşı, ictimai fəaliyyətimin 12-ci ilində tanrı qismətimə xalqımıza, dövlətimizə,  ordumuza, zabit və generallarımıza düşmən kəsilmiş Səfər Əbiyevin biabırçılıqla Müdafiə Naziri vəzifəsindən çıxarılmasını görməyi yazdı. Çoxları bunu həm də mənim şəxsi fəaliyyətimin nəticəsi kimi ayağıma yazırlar. Məmnunam)) Daha bundan böyük nə "QƏLƏBƏ" ola bilər mənim üçün?)) İndi mən özümü ictimai fəaliyyətimin zirvəsində hiss edirəm. İstefa verməyin əsl zamanıdır!
Hörmətli ehtiyatda və istefada olan zabitlər, hörmətli koalisiya üzvləri, hörmətli məsləkdaşlar və hörmətli dostlar, əlbəttə ki, bütün bunlar birgə əməyin, ümumi işin, ayrı-ayrılıqda hər birimizin zəhmətinin bəhrəsidir. İcazə verin indiyə qədər tərəfinizdən mənə göstərilən etimada görə hər birinizə öz dərin minnətdarlığımı bildirim. Ümid edirım ki, etimadınızı doğrulda bilmişəm. Əgər bu ümidlərimdə yanılmıramsa, deməli dünyanın ən xöşbəxt QHT rəhbərlərindən biriyəm)). Hər birinizə möhkəm can sağlığı, sadə insan bəxtəvərliyi və gələcək fəaliyyətinizdə yeni zirvələr fəth etməyi arzu edirəm!
Diqqətinizə çatdırıram ki, nizamnaməyə əsasən ümumi yığıncaqda yeni sədr seçilənədək 28 fefral 2014-cü il tarixindən etibarən ictimai birliyin sədrinin vəzifə və səlahiyyətləri təşkilat sədrinin müavini Telman Əbilova həvalə olunur. 
“SeDEP” QHT-lər koalisiyasının ümumi yığıncağı keçirilən müddətədək isə quruma koordinatorluğun “Doktrina” JHAM-nin sədri Cəsur Məmmədov tərəfindən  (Sümərinli) həyata keçirilməsini təklif edirəm. 
Hörmətli həmkarlar,
“Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sıravi üzvlüyündə qalmaqla yanaşı, 27 fefral 2014-cü il tarixindən sonra da fərdi qaydada müstəqil araşdırmaçı və ictimai vəkillik formatında müstəqil hüquq müdafiəcisi kimi ictimai fəaliyyətimi davam etdirəcəyəm.
Eyni zamanda diqqətinizə çatdırıram ki, Demokratik Qüvvələrin Milli Şurasının üzvü olaraq 28 fefral 2014-cü il tarixdən sonrakı əsas fəaliyyətimi siyasi müstəvidə Azərbaycanın demokratik və hüquqi dövlət yoluna qaytarılmasının təmin edilməsinə yönəldəcəyəm. 
Çünki, həm 50 illik həyata təcrübəm, həm Ordu sıralarındakı 20 illik hərbi xidmətim, həm də 11 il 6 ay ərzindəki ictimai fəaliyyətim dövründə bir daha əmin oldum ki, bu problemi həll etmədən sosial həyatın heç bir sahəsində, o cümlədən hətta bütün ictimai-siyasi münasibətlərin fövqündə duran ordu quruculuğu sahəsində də köklü dəyişikliklərə, ciddi irəliləyişlərə nail olmaq mümkün deyil. Bu problemi həll etmədən istər özümüzün, istər övladlarımızın, istərsə də gələcək nəsillərin rahat və firavan həyat sürəcəyinə ümid etmək əbəsdir!   
Bəli, bu mənim seçimimdir, - mübarizə davam edir! 
Həyat durduqca mübarizə, mübarizə varkən həyat davam edir!

Yaşar CƏFƏRLİ, e.o. polkovnik-leytenant, “Ehtiyatda və İstefada olan Zabitlər” 
İB-nin  sədri, “SeDEP” QHT-lər Koalisiyasının”nın prezidenti, Demokratik Qüvvələrin Milli Şurasının üzvü                                   
27 yanvar 2014-cü il