«Hakim epiozodu düzgün dəyərləndirmədi»
Qurban Qurbanov: «Xal qazanmağımız o demək deyil ki, istədiyimiz oyunu oynadıq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ən titullu kubokun qalibi
“Manchester City” dünyanın ən güclü klubudur
-
Polşa klubları “Qarabağ”ı ...
... Azərbaycan komandaları isə “Lex”i keçə bilməyib
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
UEFA Çempionlar Liqasının qrup mərhələsində evdə «Atletiko» ilə qolsuz bərabərə qalan «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. VAXT.AZ xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı Allahın izni ilə qazandıq. Son dəqiqələrə kimi var gücümüzlə mübarizə apardıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Onlar da son dəqiqəyə kimi bizimlə idilər. Məncə, çox vacib xal qazandıq. Fikrimcə, bu xal futbolçularımda turnirin ab-havasını hiss etmək baxımından böyük rol oynayacaq.
- «Qarabağ» bundan öncəki oyunlarda niyə belə çıxış etmirdi. Əvvəlki oyunlarda nə çatışmırdı?
- Bir turnirə yeni başlayanda həyəcan çox olur. Bu gün xal qazanmağımız o demək deyil ki, istədiyimiz oyunu oynadıq. Rəqibin bir neçə real qol fürsəti oldu. Məncə, bu oyunda təcrübə əsas rol oynadı.
- Dino Ndlovu ilə məlum epizodla bağlı danışdınız? Ona nə dediniz?
- Dino ilə bu barədə danışmadım. Sadə epizod idi. Məncə, hakim bu epiozodu düzgün dəyərləndirmədi.
- Bu oyunda hücumçular da geri çəkilərək, komandaya müdafiədə kömək edirdilər. Bu amil komandanın bərpasında problem yarada bilər?
- Bəli, futbolçular bu oyunda çox güc itirdilər. Rəqib də hücumçularımızın arxaya çəkilməsində rol oynadı. Bu cür turnirlərdə gərginlik çox olur. Həm Maksim Medvedev, həm də Bədavi Hüseynov zədələndi. Ümumiyyətlə, bu cür oyunlardan sonra futbolçuların bərpası üçün çox vaxt gərək olur. Futbolçularım bu gərginliyə dözdü. Buna görə, sevinirəm. Təəssüf ki, burdakı komandaların hamısı bu cəhətdən bizdən üstündü. Onlar mövsüm ərzində 50-60 belə oyunlara çıxırlar. Futbolçularıma bu oyunda sonadək mübarizə apardıqlarına görə təşəkkür edirəm.
- Donald Gerrye psixoloji cəhətdən bu oyuna hazır idi?
- Onun üçün ağır itkidir. Övlad itirmək ağır dərddi. Komanda olaraq onun yanında olduq. Sadəcə, iki gün bizimlə olmadı. Mənimlə görüşdükdən sonra məşqlərə başladı. Futbol elə oyundur ki, insana ağrı-acıları unutdurur. Bu oyunda bizə köməyi dəydi. Matça yaxşı köklənmişdi. Hava toplarında yaxşı mübarizə apardı.
- Bədavi Hüseynovun zədəsi nə yerdədir?
- Həkimlərin ilkin diaqnozu heç də xoş deyil. Sabah rentgen müayinəsindən keçəcək. Günortaya onun vəziyyətinə tam aydınlıq gələcək.
- «Atletiko»nun son hücumları zamanı hansı hissləri keçirirdiz?
- Düşünəcək bir şey yox idi. Tanış məqamlardı. Həmişə oyuna müəyyən qədər vaxt əlavə olunur. Bədavinin zədələndiyi epizodda müəyyən anlaşılmazlıq oldu. Çünki yan xətt hakimi ofsayd bayrağını qaldırmışdı. Ancaq sonradan gördük ki, hakim həmin epizodda haqlı idi.
- Ndlovu qırmızı vərəqə aldı. Növbəti oyunda onu kim əvəzləyə bilər? Ümumiyyətlə, Dinoya verilən qırmızı vərəqəyə görə UEFA-ya rəsmi müraciət olacaq?
- Elə də çox variantımız yoxdur - Ramil Şeydayev və ya Mahir Mədətov. Oyunu tam analiz etdikdən sonra bu məsələylə bağlı qərar verəcəyik. O ki qaldı Ndlovunun epizoduna, təkrara baxacağıq. Müraciət üçün ehtiyac görmürəm. Çünki, bir dəfə müraciət etdik, cavabı da hamınız bilirsiz. Biz bu cür turnirlərdə yeniyik. Digər komandalar bu cür epizodlara öyrəşiblər. Məncə, hər belə epizoda görə UEFA-ya müraciət etməyə gərək yoxdur. (Komanda.az)