Sevinməli heç-heçə
«Qarabağ» ən xoş sözlərə layiqdi
FƏRİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ən titullu kubokun qalibi
“Manchester City” dünyanın ən güclü klubudur
-
Polşa klubları “Qarabağ”ı ...
... Azərbaycan komandaları isə “Lex”i keçə bilməyib
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
Adətən qələbədən başqa heç bir nəticəyə sevinmirəm. Rəqibdən, təmsilçimizin gücündən asılı olmayaraq, daim maksimum nəticə arzulayıram. Heç-heçəyə «buna da şükür» deyənlərdən də deyiləm.
Amma fransız hakimin «Qarabağ»ın aşkar penaltisini verməməsini, komandanın haqsız yerə azlıqda qalmasını, üstəlik, «Atletiko» kimi nəhənglə dueldə Çempionlar Liqasının debütantı olduğumuzu nəzərə alaraq, bu heç-heçəyə «0:0 hesablı qələbə» də demək olar. Hələ ortada parlaq oyun varsa, heç tabloya baxmaq da məsləhət deyil.
«Qarabağ» bu mövsüm ən yaxşı oyununu keçirdi, İspaniya klubuna heç bir komponentdə uduzmadı. Düzdü, rəqibin həmlələri daha təhlükəli alınırdı ki, bunun da səbəbi ustalıq səviyyəsindəki fərqdə və belə turnirlərdə vacib olan təcrübə çoxluğunda idi. Amma İbrahim Şehiç indiyəqədərki bütün səhvlərini unutduracaq qədər inamlı oynayıb, qapısını alınmaz qalaya çevirdi. Topa daha çox nəzarət, futbolçuların soyuqqanlılığı, sona qədər mübarizə aparmaq əzmi yalnız alqışa layiq idi.
Baş məşqçi Qurban Qurbanov rəqibi əla analiz edib, düzgün taktika qurmuşdu. Maksim Medvedevin zədəsi olmasa və Pedro Enrike erkən yorulmasaydı, bəlkə çalışdırıcı riskə də gedəcəkdi. Amma bu bəxtsizliyin üstünə Dino Ndlovunun meydandan qovulması da gəlincə, Qurbanovun hesabı qorumaqdan başqa çarəsi qalmadı. Düzdü, «Atletiko»dakı enişin Bakı səfərində davam etməsi də işimizə yaradı. Amma yenə də təkcə Antuan Qrizmannın transfer qiymətinin «Qarabağ»da indiyədək oynamış bütün futbolçuların dəyərindən artıq olması faktı heç-heçəyə sevinməyə əsas verir.
Qurbanov tarixi nəticəyə nail oldu, növbəti dəfə adını ölkə futbolu tarixinə yazdırdı. Lakin Madrid səfərində daha çətin olacaq. «Atletiko» evdə oynayacaq, üstəlik, Dino və ola bilsin, son dəqiqələrdə dizindən ciddi zədə alan Bədavi Hüseynov cavab matçında olmayacaq. 2 liderin yoxluğu isə əlavə çətinlikdi.
İstənilən halda, «Qarabağ» ən xoş sözlərə layiqdir. Növbəti matça kimi qazanılan ilk xalın sevincini yaşamaq və azacıq da olsa, 3-cü yer haqda fikirləşmək (yalnız fikirləşmək – red.) olar.
- «Qarabağ» ardıcıl 3 məğlubiyyətdən sonra uduzmadı. Bakıdakı qolsuz bərabərliyə qədər Azərbaycan çempionu son qələbəsini 64 gün öncə qazanmışdı. Avqustun 15-də «Qarabağ» Bakıda «Kopenhagen»i yenmişdi – 1:0. Bundan sonra həmin rəqibə Danimarkada 1:2, «Çelsi»yə səfərdəki qrup matçında 0:6 hesabı ilə uduzan komandamız 3 həftə öncə Bakıda «Roma»ya yenilmişdi – 1:2.
- «Qarabağ» Çempionlar Liqasının qrup mərhələsində aktivinə ilk xalı yazdırmaqla həm də maddi baxımdan irəli düşdü. Belə ki, UEFA qrup mərhələsində hər qələbəyə görə klublara 1,5 milyon, heç-heçə üçün 500 min avro mükafat verir. Madrid təmsilçisi ilə heç-heçə "Qarabağ"ın 500 min avro əldə etməsi ilə nəticələndi. Bir dəqiq zərbə ilə büdcəni son 3 transferin pulunu çıxaracaq qədər zənginləşdirə bilərdik.
- Ağdam klubu Çempionlar Liqasının qrupunda xal qazanan ilk Azərbaycan klubu oldu.
- İspaniya klubları Azərbaycan klubları ilə səfər oyunlarında qol vura bilmir. «Atletiko»dan əvvəl «Atletik» də eyni aqibəti yaşamışdı. 2015/16 mövsümündə Avropa Liqasında çıxış edən «İnter» bilbaoluları qolsuz heç-heçəylə yola salmışdı. (futbolinfo.az)