vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
10:55 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 1746 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

75-ci heç-heçə ...

... yaxud Ndlovunun uğursuz yubileyi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ»ın futbolçusu Dino Ndlovu yubileyini qeyd edib.CAR-dan olan hücumçu Ağdam klubunun heyətində 50-ci matçını keçirib.

Bu yubiley Çempionlar Liqasının qrup mərhələsinin «Atletiko» ilə 3-cü tur oyununa təsadüf edib. İki il əvvəl transfer olunan Dina bunadək 49 dəfə «Qarabağ» forması geyinib. Amma yubiley Ndlovu üçün uğursuz alınıb. O, 50-ci matçında qırmızı vərəqə alaraq meydandan qovulub.

Dino Premyer Liqada 30, Azərbaycan kubokunda 4, avrokuboklarda 16 oyunda meydana çıxıb. Onun hesabında ümumilikdə 22 qol var.

Qeyd edək ki, Ndlovunun qırmızı vərəqə aldığı oyun 0:0 hesabı ilə başa çatıb.

«Qarabağ»ın «Atletiko» ilə sülhlə bitən oyunu daha bir yubileylə əlamətdar olub. Bu qarşılaşma Azərbaycan klublarının avrokuboklarda 75-ci bərabərliyidir. Qolsuz bitən görüşədək təmsilçilərimiz 302 matçda 74 dəfə bərabərə qalmışdı. 303-cü qarşılaşma isə yubiley heç-heçəsi ilə bitib.

75 sülhdən 18-i Çempionlar Liqası, 52-si Avropa Liqası (əvvəlki UEFA kuboku), 3-ü İntertoto kuboku, 2-si Kuboklar Kubokuna təsadüf edib.

Bu heç-heçələrdən 11-i əsas raundda – qrupda qeydə alınıb. 10 dəfə Avropa Liqası, 1 dəfə Çempionlar Liqasında bərabərlik yaşanıb.

İspanlarla heç-heçə sayəsində «Qarabağ» həm də avrokuboklardakı uğursuzluq zolağından çıxıb. Ardıcıl 3 məğlubiyyət alan Qurban Qurbanovun yetirmələri Bakıdakı qolsuz bərabərliyə qədər son qələbəsini 64 gün öncə qazanmışdı. Avqustun 15-də «Qarabağ» Bakıda «Kopenhagen»i yenmişdi – 1:0. Bundan sonra həmin rəqibə Danimarkada 1:2, «Çelsi»yə səfərdəki qrup matçında 0:6 hesabı ilə uduzan komandamız 3 həftə öncə Bakıda «Roma»ya yenilmişdi – 1:2. (Apasport)