Müəmmalı sövdələşmə
«Boz kardinal» kürdlərin əsas ixrac neft kəmərini aldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
İraqın şimalında regional kürd administrasiyasının keçirdiyi müstəqillik referendumundan və Bağdadın buna cavab olaraq Kərkük şəhərini zəngin neft yataqları ilə birlikdə kürdlərdən geri almasının ardınca Rusiyanın dövlət «Rosneft» şirkəti sensassion açıqlama yayıb. Açıqlamada deyilir ki, kürd administrasiyası regionun əsas ixrac neft kəməri olan Kərkük-Ceyhan kəmərinin nəzarət səhm paketini «Rosneft»ə satılmasına dair saziş imzalayıb.
Rusiyanın dövlət neft nəhəngi Rosneft bildirir ki, İraqın kürd muxtar ərazisi ilə, regionun əsas neft ixracı kəmərində nəzarət paketinin ona verilməsi barədə saziş imzalayıb. Şirkətin yaydığı bəyanatda deyilir ki, «Rosneft» neft kəmərində 60 faiz paya sahiblənəcək. Qalan 40 faiz İraqın özəl KAP qrupunun payına düşəcək.
Bəyanatda bu da qeyd olunur ki, şirkətin infrastruktur layihəsinə daxil olması, «Rosneft»in strateji məqsədlərinə xidmət edir. «Rosneft»in bəyanatına görə kürd muxtar regionundakı neft Rusiya şirkətinin Almaniyadakı neftayırma zavodlarına nəql olunacaq.
Sözü gedən sazişi «Rosneft» şirkətinin baş icraçı direktoru İqor Seçin və kürd regionunun neft naziri Aşti Havrami oktyabrın 19-da İtaliyada keçirilən sənaye konfransının kuluarlarında imzalayıblar.
«Reuters» təhlilçilərə istinadən bildirir ki, «Rosneft»in bu layihəyə 1, 8 milyard dollar investisiya yatıracağı gözlənilir. Oktyabrın 18-də tərəflər kürd regionundakı beş yeni blokun inkişaf etdirilməsi üçün hasilatın pay bölgüsü sazişini imzalamışdılar. Bu blokların geoloji inkişaf etdirilməsinə 2018-ci ildə başlanmalıdır.
«Rosnef»t bildirib ki, tam inkişafetdirmə işlərinə 2021-ci ildə başlanacaq beş blokun neft ehtiyatı 670 milyon barrel civarında təxmin edilir.
Rusiya şirkəti ilə muxtar kürd regionu arasında bu sazişlər bölgədə sentyabrın 25-də keçirilmiş «kürd müstəqilliyi» referendumuna görə yaranmış gərginlik şəraitində imzalanıb. Bu referendumdan sonra mərkəzi Bağdad hökumətinin qoşunları və şiə birləşmələri İraqın şimalında Kərkük də daxil bütün neft mədənlərini kürd peşmərgə qüvvələrindən geri alıblar.
İraq ordusu neft regionunu zəbt edəndən sonra kürd regionundan neft ixracı kəskin azalaraq günə 600 min barreldən 200 min barrelə düşüb. Bu arada oktyabrın 20-də İraq hökumət qoşunları ilə kürd peşmərgə qüvvələri arasında muxtar regionun mərkəzi şəhəri sayılan Ərbilin 50 kilometrliyində toqquşmalar baş verib.
Moskva kürdlərin müstəqilliyinə rəğbətlə yanaşır. Kremlin «boz kardinalı» sayılan İqor Seçin oktyabrın 19-da Bağdadı və Ərbili mübahisəni diplomatik yolla çözməyə çağırıb. Bundan əvvəl «Rosneft» büdcə kəsirinin aradan qaldırılması üçün kürd regionuna 1, 2 milyard dollarlıq kredit verib.
Xatırladaq ki, ABŞ kürdlərin müstəqillik referendumunu dəstəkləməyib və İraq hökumət qüvvələrinin Kərkükü peşmərgələrdən geri almasına mane olmayıb. Nəticədə kürdlər indiyədək onlara hər cür dəstək verən ABŞ-dan məyus olublar. Və məhz belə bir vaxtda «boz kardinal» oyuna girib və İraqın şimalından Türkiyənin Ceyhan limanına neft nəql edən strateji əhəmiyyətli kəmərin nəzarət səhm paketini alıb. İstisna deyil ki, Kreml bu sövdələşmənin əvəzində kürdlərə dəstəyi artırmağı vəd verib.
F.MƏMMƏDOV