Nəfəsimizi kəsən oyun…
Formasına adımızı yazdırmaq üçün milyonlar xərclədiyimiz «Atletiko» idi bu?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ən titullu kubokun qalibi
“Manchester City” dünyanın ən güclü klubudur
-
Polşa klubları “Qarabağ”ı ...
... Azərbaycan komandaları isə “Lex”i keçə bilməyib
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
Birinci hissədən zövq aldıq, ikinci hissəsində nəfəsimiz kəsildi. Amma dəydi... Təşəkkürlər, «Qarabağ»! Xala yox, dəyanətinə, ləyaqətinə, mübarizənə, futboluna görə...
Minimal nəticələri qəhrəmanlıq kimi sırıyanlar siçan deşiyi axtarsın. Artıq hədəfləri «Qarabağ» müəyyənləşdirir...
Qurban Qurbanova «təcrübəsiz», «cavan» damğası vurub, ikinci plana atanlar utansın. İndi o, bütün futbol təsərrüfatının çirkabı üzərində məxmər xalı sərir...
Formasına adımızı yazdırmaq üçün milyonlar xərclədiyimiz «Atletiko» idi bu. Səfər qolu, səfər xalı, üstəlik, 500 min avro qənimətlə qayıdır «Qarabağ»...
Ölkə reytinqinə, klub reytinqinə görə indi bu kluba minnətdarıq. Milyonları havaya sovuran AFFA-ya, ağılsız klub rəhbərlərinə, bu pulları məmnuniyyətlə həzm edən Gedeyə, Şeferə, Bandoviçə, Tsxadadzeyə, Rednikə, Toşaka, Konkova, Lippertə, Prosineçkiyə, Foqtsa yox...
Klubu belə qurur, strategiyanı belə müəyyənləşdirirlər. Qurban Qurbanovun armadası sizin puç Müşahidə Şuranızın üzərində beləcə - qatarla keçdi...
Bu ölkədə futbol hələ də varsa, dövlət pul ayırısa, buna görə «Qarabağ»a minnətdar olmalıyıq. Bu klub bizə əsl futbolu dadızdırır, həyəcanı yaşadır...
Təşəkkürlər, «Qarabağ»!