«Bəlkə möcüzə olacaq»
Tahir Gözəl: «Gərək Azərbaycan da «Qarabağ»a sahib çıxsın»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ən titullu kubokun qalibi
“Manchester City” dünyanın ən güclü klubudur
-
Polşa klubları “Qarabağ”ı ...
... Azərbaycan komandaları isə “Lex”i keçə bilməyib
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
UEFA Çempionlar Liqasının qrup mərhələsində «Atletiko» ilə səfərdə 1:1-lik bərabərliyə qaldıqdan sonra «Qarabağ»ın prezidenti Tahir Gözəl Madridə ezam olnumuş azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. VAXT.AZ xəbər verir ki, klub rəhbəri azərbaycanlı futbolsevərləri «Qarabağ»a sahib çıxmağa çağırıb.
- Görüş haqqında nə deyə bilərsiniz?
- Çox maraqlı və gərgin oyun oldu. Qolumuz möhtəşəm idi. Onların vurduğu qol da adlarına yaraşan idi. «Qarabağ» bir daha sübut etdi ki, burada olmağı təsadüfi deyil. Avropa səviyyəsində oyun göstərir. Yarım saata yaxın müddətdə azlıqda oynasaq da, rəqiblə bərabər mübarizə apardıq. Şükür ki, biz Çempionlar Liqasında, rəqib meydanda Azərbaycan tarixində ilk qolu vura bildik. Bu da bir ilkdir. «Qarabağ» yenə ilklərə imza atır.
- U-19 komandası da qələbə qazandı bu gün...
- O da möhtəşəm nəticədir. O komandamı da təbrik edirəm. Bu gün başımız dik, qürurla ayrılırıq Madriddən. Əminəm ki, «Real» tərəfdarları bu nəticəyə çox sevinirlər. Onlardan bizə mənəvi dəstək var idi ki, əlinizdən gələni edin. Çox məmnunam. Klubumla fəxr edirəm. Bizim əsas məqsədimiz var, o da Qarabağın adını dünyada anlatmaqdı. Şükür, buna nail oluruq. Bütün dünya bizi alqışlayır. «Roma»nın prezidenti də mənə təbrik göndərdi. Belə şeylər məni çox sevindirir.
- İştahanız artırmı? Bəlkə artıq 3-cülük haqqında düşünəsiz?
- Qarşımızdakı elə komandalardı ki, çox çətindi. Əlimizdən gələni edəcəyik. Ölüm qrupuna düşmüşük. Şansımız var üçüncülüyə, bəlkə möcüzə olacaq, ikincilik qazanacağıq? Hələ bilmirik axı.
- Qırmızı vərəqədən sonra həyəcan keçirdiniz?
- Vərəqəyə etirazım yoxdur. Ancaq 10 nəfərlə qalmaq məndə böyük həyəcan
yaratdı. Lakin «Qarabağ» özünü itirmədi, bir az da şansımız gətirdi. Yaxşı
bitdi hər şey.
- Bu cür oyundan sonra «Çelsi» ilə qarşılaşmada yenidən tribunaların dolacağını güman etmək olarmı?
- Mən ancaq dolu tribunalar gözləyirəm. Bu klubu dəstəkləməmək olarmı? Bu komanda üçün yeri gəlsə, iki saat piyada da getmək olar, çünki buna layiqdir. Bütün Azərbaycanı dəvət edirəm. Biz öz işimizi görürük, gərək Azərbaycan da «Qarabağ»a sahib çıxsın. Stadionu dolduraraq dünyaya sübut etməliyik ki, bu komandanın arxasında durmuşuq.
- Matçdan sonra «Atletiko» rəhbərliyi nə dedi?
- Serezo o qədər centlmen, yaxşı adamdı ki. Gözəl oyuna görə təbrik etdi. Hörmətlə vidalaşdıq.