vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TƏHSİL, DİN  
17:49 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 1624 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hesabat verəcəyik»

Axund və imamlardan Şeyxin iradına cavab

Namidə BİNGÖL

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının bu gün keçirilən iclasında Suriyada döyüşən və özlərini mücahid adlandıran muzdlu azərbaycanlıların bu hərəkətini sərt şəkildə pisləyib. O, bu məsələdə məscid axundları və imamlarını da tənqid edərək, bundan sonra onlardan gündəlik yazılı hesabat istəyəcəyini vurğulayıb.

Bəs Azərbaycanda fəaliyyət göstərən məscidlərin axund və imamları bu irada necə münasibət göstərirlər?

Modern.az-a danışan «İçərişəhər Cümə» məscidinin axundu Hacı Surxay Məmmədli: »Suriyada gedib döyüşmək Azərbaycan qanunlarına və əqidəmizə ziddir. Əgər şəhidlik fəlsəfəsindən danışırlarsa, vətəninə torpağına ailəsinə edilən zülm və ədalətsizliyə qarşı mübarizədə öldürülən şəxs şəhiddir. Din pərdəsi altında həmin vəhhabilər, xəvaricilər Qarabağda döyüşmək əvəzinə gedib Suriyada döyüşürlər ki, guya şəhid olacaqlar. Əslində bu, şəhidlik deyil. Əqidə iman vətən təəssübü ilə tamamlanmırsa, o kamil siması deyil. Bu gün onlar din pərdəsi altında gizlənirlər və xarici ölkənin pulları ilə Azərbaycanda problem yaratmaq istəyirlər. Bugünkü çıxışım zamanı mən də öz fikirlərimi dedim. Xüsusilə mənsəb ayrı-seçkiliyinə diqqət yetirilməlidir. Zaman-zaman Azərbaycanda məzhəblərə hörmət olub. Təəssüf ki, bu gün açıq şəkildə İçərişəhərdə «Əjdərbəy» məscidinin qarşısında analar fəryad edir ki, oğlumuz Suriyada gedib döyüşür, ölüsündən-dirisindən xəbərimiz yoxdur.

Məscidlərdə də bu məsələlər diqqət mərkəzində saxlanılacaq. Şeyx həzrətlərinin bugünkü çıxışı ilə tam razıyam. Cümə moizəmi «cihad və cihad anlamı» fəlsəfəsi «şəhidliyin statusu» barədə danışacağam. İki cümə moizəsindən sonra rəsmi şəkildə İdarə rəhbərinə hesabat verəcəyəm». 

«Məşədi Dadaş» məscidinin axundu Hacı Şahin Həsənli: »Bugünkü tədbirdə mən də çıxış etdim. Çıxışımda da bunu qeyd etdim ki, şəhadət arxasınca gedənlərin hərəkətlərinə görə axund və imamların üzərinə böyük vəzifə düşür. Çünki insanlarla birbaşa təmasda olan insanlardır. İnanclı insanların din haqqında fikirlərini məhz din xadimləri formalaşdırır. Din xadimlərinin ən önəmli vəzifələrindən biri şəhidlik, cihad məfhumunu doğru şəkildə insanlara çatdırmaqdır. Cihad yüksək amallar, ideallar uğrunda Allah yolunda öldürməkdir. Şəhid insan da bu amallar uğrunda öldürülən insandır. Cihadın müqəddəs olması məhz müqəddəs amallara bağlı olması ölçülür. Ona görə də hər hansı ölkənin daxili işində iştirak etmək daxili münaqişələrə səbəb olmaq və bunun adını cihad qoymaq olduqca ciddi yanlışlıqdır. Ona görə də düşünürəm ki, bütövlükdə cəmiyyət və din xadimləri burda ciddi məsuliyyət daşıyır.

Orda da təklif etdim ki, bəzi sünni və şiə məzhəblərini təmsil edən din xadimlərinin birgə tədbirlərini keçirmək lazımdır. Çünki bunların əsas məqsədlərindən biri də məzhəblərarası qarşıdurma yaratmaqdır. Ona görə də məscidlərdə axund və imamların müxtəlif məzhəblərə mənsub olan insanların birgə bayram tədbirlərinin keçirilməsi lazımdır. Əsrlərlə Azərbaycanda mövcud olan tolerantlıq ənənələrini bu şəkildə möhkəmləndirmək olar. Bu şəkildə radikal qrupların fəaliyyətini neytrallaşdırmaq olar».

«Göy məscid»in axundu Hacı İlham Adiloğlu: «Mən şərh verməyəcəm».