vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
16:41 | 8 dekabr 2017 | Cümə Məqaləyə 2286 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu sabun köpüyü gec-tez partlamalı idi»

Elçin Əhmədov: «Biz həmişə sağlam kapitallaşma mövqeyinə sadiqik»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bazarda bəzi bankların iflasa uğramasının səbəbləri qismən faiz gəlirlərinin bilərəkdən artırılması ilə bağlıdır ki, bu da faktiki olaraq onların real pullarını heç bir şəkildə artırmamışdır. Bu sabun köpüyü gec-tez partlamalı idi». Bunu «Bank Silk Way»ın Müşahidə Şurasının sədri Elçin Əhmədov deyib.

Onun sözlərinə görə, «Bank Silk Way» özünün Azərbaycanın maliyyə sektorunda baş verən sarsıntılara qarşı davamlı olmasının səbəbi əsas müştərilərin aviaşirkətlər olması və riskləri öncədən minimuma endirməsidir:

«İlk növbədə qeyd etmək istərdim ki, bankın risk idarəçiliyinin əsas məqsədi riskləri minimuma endirməkdir. Bankımızın xidmətlərinin adından da aviasiya daşımaları sənayesi ilə sıx bağlı olduğumuz aydın olur. Əsas müştərilərimiz məhz aviaşirkətlər olduğundan, kreditlər üzrə hesablanmış faizlərdən əldə edilən gəlirlərin və xidmət müqabilində komissiya ödənişlərinin əsas hissəsi də məhz onların payına düşür.

Gördüyünüz kimi, bank əsasən korporativ müştəriyə yönəlmişdir. Lakin, Miles kartlarının buraxılması ilə, bu istiqamət tədricən pərakəndə müştərilərə doğru dəyişməkdədir».

O, «Kredit portfeli ilə bağlı problemlərdən necə yaxa qurtara bildiniz?» sualına «Kredit portfeli ilə bağlı qurulmuş səriştəli siyasət bu problemlərin aradan qaldırılmasına səbəb olmuşdur» çəkilində cavab verərək sözlərinə belə davam edib:

«Biz həmişə sağlam kapitallaşma mövqeyinə sadiqik. Biz heç vaxt ağlasığmaz rəqəmlərin arxasına düşmürük. Bizim üçün, faiz gəlirlərinin real pul daxilolmalarına çevrilməsi daha vacibdir. Buna görə də, əsasən etibarlı korporativ müştərilərlə əməkdaşlıq etməklə uzun müddət ərzində öz kredit portfelimizi sağlamlaşdırmağa çalışmışıq. Bundan əlavə, bazarda bəzi bankların iflasa uğramasının səbəbləri qismən faiz gəlirlərinin bilərəkdən artırılması ilə bağlıdır ki, bu da faktiki olaraq onların real pullarını heç bir şəkildə artırmamışdır. Bu sabun köpüyü gec-tez partlamalı idi».

Elçin Əhmədov əlavə edib ki, gələn il üçün strateji məqsəd, korporativ müştərilər üçün kredit portfelini artırmaqla yanaşı, həm də pərakəndə xidmətlərin payını bir neçə dəfə artırmaqdan ibarətdir. «Beləliklə, pərakəndə bankçılıq sahəsində aktivlərimizi tədricən artırırıq: bu, qismən ölkəmizdə analoqu olmayan Miles kartlarının əhali arasında populyarlaşması ilə də bağlıdır.

Təkcə 2017-ci ilin birinci yarısında bankımızın müştəriləri tərəfindən təxminən 4,300 Miles kartı sifariş edilmiş, onlardan 600-dən çoxu - Visa Platinum Miles kartları olmuşdur».