vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
21:22 | 3 yanvar 2013 | Cümə axşamı Məqaləyə 1835 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda hasilat artıb

Rövnəq Abdullayev illik hesabatı açıqladı

Trend

"2012-ci ildə Azərbaycanda 43,9 milyon ton neft hasil olunub". Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bazar günü ilin yekunlarına həsr olunmuş tədbirdə bildirib. "İl ərzində respublikada qaz hasilatının həcmi 27,9 milyard kubmetr təşkil edib", - Abdullayev deyib.

Bu il neft və qaz hasilatının həcmi müvafiq olaraq 42,9 milyon ton və 27,1 milyard kubmetr səviyyəsində gözlənilən proqnoz göstəricilərini üstələyib.
2013-cü ilin proqnozlarına görə, gələn il ölkədə 43,2 milyon ton neft və 28,8 milyard kubmetr qaz hasilatı planlaşdırılır.
Qeyd edək ki, 2011-ci ildə ölkədə 45,6 milyon ton neft və 25,7 milyard kubmetr qaz çıxarılıb.