vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
18:24 | 11 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 2109 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İki xarici şirkət məhkəməyə verildi

Azərbaycanlılara hörmətsizlik etdiyi üçün...

JALƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda fəaliyyət göstərən «SOCAR CAPE» və «İntertek-Azeri» xarici şirkətləri məhkəməyə verildi». Bu məlumatı virtualaz.org saytına vəkil Azər Quliyev verib. A.Quliyev dedi ki, hər iki şirkət tabeliyində çalışan azərbaycanlı işçiləri qanunsuz olaraq işdən çıxarıb: «Artıq Səbayel Rayon Məhkəməsində «İntertek-Azeri» şirkəti ilə bağlı iddiaya baxılıb. Məhkəmə işçilərin bərpası haqqında qərar verdi».

Vəkil qeyd etdi ki, bu şirkət neft layihələrində iştirak edir: «Şirkətin rəhbərliyi haqqında bütün məlumatlar gizli saxlanılır. «İntertek-Azeri» şirkətində də yerli işçilərlə əcnəbi fəhlələr arasında fərq qoyulur. Əcnəbi fəhlə azəribaycanlı mühəndisdən çox əməkhaqqı alır».

Vəkil vurğuladı ki, «SOCAR CAPE» qanunsuz işdən çıxarılmalarla yanaşı əlavə iş saatlarını ödəməməkdə də ittiham edilir: «Bu şirkətdən şikayətçi olanlar da məhkəmədə iddia qaldırıb».

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı virtualaz.org saytına bildirib ki, «SOCAR CAPE» şirkəti azərbaycanlı işçiləri  ingilis dilini bilmədiyi üçün aşağılayıb işdən çıxarır: «Əmək Məcəlləsində göstərilir ki, əmək münasibətlərində vətəndaşlığına, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yeri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında ayrı-seçkiliyə yol verilməməlidir. Amma bu şirkətlərdə yerli işçilərdən ingilis dilini bilmək tələb edilir, əməkhaqları xarici vətəndaşlardan bir neçə dəfə aşağıdır. «Əmək miqrasiyası haqqında» qanunun 4-cü maddəsində göstərilir ki, əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerləri mövcud olmalıdır. Amma «SOCAR CAPE»də yerli işçilərin iddia etdiyi iş yerlərində xarici işçilər işləyirlər».

Xatırladaq ki, «SOCAR CAPE»də şikayət ərizəsi yoxlanarkən məlum olmuşdu ki, orada çalışan 62 xaricidən yalnız 2-nin işçi kimi ölkədə çalışmaq icazəsi var.

M.Qəhrəmanlı hazırda azərbaycanlı mütəxəssislər olduğu halda xaricdən işçi gətirən xarici şirkətlərlə bağlı araşdırmalara başlayıb.