vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
22:28 | 3 yanvar 2013 | Cümə axşamı Məqaləyə 1987 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlik əmr imzalayıb

KTN monitorinq aparacaq

ELÇİN

Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən topdan və pərakəndə satış ticarət obyektlərində, həmçinin ictimai-iaşə müəssisələrində monitorinq keçirilməsi məqsədilə əmr imzalayıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən mətbuata bildirildiyinə görə, monitorinqin obyektiv aparılmasını təmin etmək məqsədilə İşçi Qrupuna tapşırılıb ki, zərurət yarandıqda alkoqollu içkilərin və etil (yeyinti) spirtinin sınaq nümunələrinin dövriyyədən götürülərək, fiziki-kimyəvi və orqanoleptik göstəricilərinin Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Sınaq laboratoriyasında yoxlanılmasını təmin etsin və hüquq-mühafizə orqanlarına müraciət etsin.
Artıq Nəsimi rayonu ərazisində monitorinqlərə başlanılıb.