vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ŞOU BİZNES  
10:45 | 12 fevral 2014 | Çərşənbə Məqaləyə 1721 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milyarderdən villa istədi

Azərbaycanlı müğənni özünü daha yaraşıqlı adlandıraraq Telman İsmayılova təklif verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlı iş adamı İST Telman İsmayılovun rusiyalı müğənni Nikolay Baskova villa hədiyyə etməsi müğənni Həmid Sultanı da həvəsləndirib.

Lent.az-ın məlumatına görə, H.Sultan özünün rusiyalı müğənnidən gözəl olduğunu səbəb gətirərək T. İsmayılovdan hədiyyə istəyib: “Mən özüm də rusiyalı müğənni Nikolay Baskovun pərəstişkarıyam. Amma gələcəkdə özümü ondan yuxarı zirvədə görmək istəyirəm. Onunla müqayisədə özümü daha üstün sayıram. Hətta yaşca ondan daha cavan, görünüşcə daha maraqlıyam. Düşünürəm ki, bizim milyonçularımız öz müğənnilərimizə dəstək olsalar, bizdə Rusiya və Türkiyə ulduzları kimi zirvədə ola bilərik. Çox istərdim ki, Telman İsmayılov mənə də villa hədiyyə etsin”.

Qeyd edək ki, T.İsmayılov bir sıra qadın və kişi müğənnilərə, sənət adamlarına himayədarlıq etməsi ilə ad çıxarıb.