vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
15:05 | 22 fevral 2018 | Cümə axşamı Məqaləyə 2261 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kimlər gəldi, kimlər getdi?

Azərbaycanın sığorta bazarından ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın sığorta sektoru tam milliləşdi. «AXA»nın öz payını satması ilə bu bazardan sonuncu xarici investor da getdi.Halbuki, müxtəlif dövrlər üzrə Azərbaycanda 6-dan çox xarici investisiyalı sığorta şirkəti fəaliyyət göstərib.

Bunlar aşağıdakılardır:


«Başak-İnam Sığorta Şirkəti» – lisenziyası ləğv edilib, səhmdarlarından biri türk sərmayəli «Başak Sığorta Şirkəti» idi.


«İran-Asiya Sığorta» şirkəti – İran kapitalı ilə fəaliyyətə başlamışdı və artıq çoxdandır ki, fəaliyyətini dayandırıb.


«London Gate Sığorta» – Türkiyədəki şirkəti vasitəsilə Azərbaycan bazarına gələn ilk xarici kapitallı investorlardan biri olub və bir müddət işlədikdən sonra bazarı tərk edib.


«Temz Unisığorta» – Yenə də türk sərmayəsi ilə Azərbaycan bazarına daxil olub və bir müddət sığorta xidmətləri təqdim edib.


«Lukoil» – Atəşgah Sığorta şirkətinin səhmdarlarından biri olub və sonradan payını sataraq sektordan çıxıb.


«AXA Sığorta» – Azərbaycan bazarındakı payını artıq satdığını elan edib.


Anadolu Sığorta – «Günay-Anadolu» Sığortanın səhmdarlarından biri olub. Uzun müddət Azərbaycan bazarında çalışıb, sonra isə səhmdar kimi fəaliyyətini dayandırıb və hazırda bu şirkət «Günay Sığorta» kimi fəaliyyətini davam etdirir.

Sığortaçı Xəyal Məmmədxanlının fikrincə, xarici kapitallı şirkətlər investisiya yatırımından çox, bazara yeni təcrübə qazandırıb. Çünki Azərbaycanın sığorta bazarı cavandır və onun öyrənməli olduğu təcrübə və biliklər, trendlər də çoxdur. Bu baxımdan xaricilərin Azərbaycanda qurduqları sığorta sistemi təkmilliyi ilə seçilib və yerli kadrlarımız onlardan öyrəniblər. Cənab Məmmədxanlı xüsusən də AXA-nın bazardan getməsinə böyük təəssüf hissə ilə yanaşdı: ««AXA» özü ilə Azərbaycana innovasiyalar gətirmişdi və müştərilər bu şirkətdən həmişə razı olublar».

Sığortaçı ölkəmizdə bu sahənin gələcəyinə optimist baxır. Onun sözlərinə görə, ötən ilin yekun nəticələri göstərir ki, sektorda 10 faiz artım var. Xüsusən də qeyri-icbari sığorta məhsulları üzrə dinamika başlayıb: «Könüllü sığorta növləri məhsullarında qeydə alınan durğunluq aradan qalxıb. Bu isə yaxşı tendensiyadır».

İlhamə ABDULLAYEVA