vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ENERGETİKA  
19:13 | 27 fevral 2018 | Çərşənbə axşamı Məqaləyə 2049 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ABŞ neft hasilatında Rusiyanı keçərək ...»

«... Çox yaxında əsas neft istehsalçısına çevriləcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ neft hasilatının həcminə görə Rusiyanı ən gec 2019-cu ildə ötəcək. Bu açıqlamanı Beynəlxalq Energetika Agentliyinin (IEA) rəhbəri Fatih Birol «Reuters» agentliyinə verib: «2019-cu ildə dəqiq ötəcək, bəlkə də, bu hadisə bu il baş verdi».

IEA rəhbəri qeyd edib ki, ABŞ-da şist neft hasilatı güclü templə artır: «Çox yaxında ABŞ əsas neft istehsalçısına çevriləcək».

Xatırladaq ki, ABŞ-da neft hasilatı 10-16 fevral həftəsində 10,27 milyon barel/günə çatıb. Bununla da ABŞ Səudiyyə Ərəbistanını ötərək Rusiyaya yaxınlaşıb. IEA fevral hesabatında ABŞ-ın orta illik neft hasilatının 2017-ci illə müqayisədə 1,26 milyon barel/gün və ya 13,5 faiz artaraq 10,59 milyon barel/günə çatacağını bildirib.

F.Birol 2020-ci ilə qədər ABŞ-da neft hasilatının pik həddə çatmayacağını qeyd edib. Yaxın 4-5 ildə ABŞ-da neft hasilatının azalması müşahidə olunmayacaq.

IEA başçısı Kanada və Braziliya kimi ölkələrdə də hasilatın artacağını proqnozlaşdırır. Bu iki ölkə həmçinin neft bazarında güclü hərəkətverici qüvvə olacaq.