vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
11:57 | 8 may 2018 | Çərşənbə axşamı Məqaləyə 2075 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əqli Mülkiyyət Agentliyinə sədr təyin olundu

Kamran İmanovun dosyesi

MÖVZU İLƏ ƏLAQƏLİ

Kamran Sultan oğlu İmanov Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Vaxt.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlamaq, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Kamran İmanov uzun müddət Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə başçılıq edib.

2006-2008-ci illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olub.

2008-ci ildən son təyinata qədər Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədridir.

Müəllifi olduğu “Erməni (yad)el(li) nağılları” (“Армянские ина(о)родные сказки”) kitabı 2008-ci ildə[S1]  2 dildə çapdan çıxıb.

2013-cü ilin may ayında  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.