23:39 | 1 yanvar 2013 | Çərşənbə axşamı
Məqaləyə 2102 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycanlı milyarder otel biznesini böyüdür
Mübariz Mənsimov 200 milyon dollarlıq mehmanxana tikir
Azərbaycanlı biznesmen Mübariz Mənsimov Türkiyənin Bodrum əyalətinin mehmanxana biznesinə investisiyaların həcmini artırmaq niyyətindədir. Bu barədə Trend bazar ertəsi "Turizm Güncel" onlayn-jurnalına istinadən məlumat verir.
Mənsimov qeyd edib ki, investisiyaların genişləndirilməsi çərçivəsində Bodrumda dəyəri 200 milyon dollar olan yeni mehmanxana tikmək niyyətindədir.Bundan başqa, biznesmen deyib ki, İstanbulun Avropa hissəsində mehmanxananın tikintisi üçün ərazi almağı planlaşdırır.