vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
13:38 | 2 iyun 2018 | Şənbə Məqaləyə 2168 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Deutsche Bank” “əriyir”

“Standard & Poor's” reytinqi aşağı saldı, səhmlər ucuzlaşdı

Beynəlxalq reytinq agentliyi “Standard & Poor's” (S&P) tərəfindən Döyçe Bankın (“Deutsche Bank”) uzunmüddətli kredit reytinqinin “A-“dən “BBB+”ya endirməsindən sonra Bankın səhmləri ucuzlaşır.

Döyçe Bankın bir səhminin qiyməti Bloombergin 1992-ci ildə bankın birja əməliyyatlarını qeydə almağa başladığı tarixdən bu yana ən aşağı səviyyəsi olan 9.16 avroya enib. Ötən rüb nəhəng bankın xalis mənfəəti 79 faiz aşağı düşmüşdü.

1.5 trilyon dollar cəmi aktivləri ilə Almaniyanın ən böyük, dünyanın da ən böyük 12-ci bankı olan Deutsche Bankın bazar dəyəri isə yalnız 20 milyard dollardır.

“Standard & Poor's” açıqlamasında, “Reytinqin aşağı salınması, Döyçe Bankın yenilənmiş strategiyasının, biznes modelinin daha əvvəl gözlədiyimizdən daha dərin bir restrukturizasiyanı nəzərdə tutmasını əks etdirir” qeyd etmişdi.

ABŞ-ın Döyçe Bankı “problemli banklar” siyahısına əlavə etdiyi də iddia edilir.