vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
13:18 | 10 iyun 2018 | Bazar Məqaləyə 1435 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almanlar yenə birləşir

Bu dəfə iki alman bankı

Almaniyanın və dünyanın ən böyük banklarından biri olan “Deutsche Bank” ilə Almaniyanın aparıcı banklarından “Commerzbank”ın birləşəcəyi iddiası 2016-dan sonra yenidən gündəmdədir.

“Bloomberg”in məlumatına görə, “Deutsche Bank”ın İdarə Heyətinin sədri Pol Axleytner (Paul Achleitner), “Commerzbank AG” ilə mümkün bir birləşmə üçün böyük səhmdarlar və yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşüb.

Analitiklər birləşmənin dəyər yarada biləcəyini, ancaq iki bankın da balansı “təmizləməsi” lazım olan bir dövrdə olması səbəbindən vaxt seçiminin səhv olduğunu bildirirlər.

İtaliyanın aktiv böyüklüyü baxımından ən böyük bankı olan “Unicredit” də ötən il Almaniyanın “Commerzbank AG” ilə potensial birləşməyi qiymətləndirmişdi.

2016-ci ildə isə “Deutsche Bank”ın “Commerzbank” ilə birləşəcəyinə dair xəbərlər çıxmışdı. “Commerzbank” yenidənqurma çərçivəsində 2020-ci ilə qədər 9 min 600 nəfəri işdən çıxarmağı planlaşdırılır. 2008-ci ildəki xilasetmə proqramı çərçivəsində “Commerzbank”ın 25%-i Almaniyanın federal hökumət tərəfindən satın alınmışdı. Hazırkı vəziyyətdə isə bankın 15,6%-k hökumətin əlindədir.