vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ENERGETİKA  
12:41 | 2 iyul 2018 | Bazar ertəsi Məqaləyə 2119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Azəriqaz”dan narazılıq

“Nə xidməti və qazın keyfiyyəti bizi qane etmir”

“Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyası SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin göstərdiyi xidmətdən və verilən təbii qazın keyfiyyətindən narazıdır”.

Bunu Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bu gün Bakıda keçirilən “Kənd təsərrüfatı inkişafının müasir tendensiyası” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu gün meyvə-tərəvəz istehsalçılarının və ixracatçılarının əsas işi təbii qazdan asılıdır: “Ancaq buna baxmayaraq məhsullarımızın maya dəyərinin böyük bir hissəsini qaza görə ödənişlə bağlıdır . “Azəriqaz”ın xidməti və verilən keyfiyyət isə bizi qane etmir”.

O bildirib ki, bu ilin oktyabr ayında yeni isitmə mövsümü başlayacaq: “Təklif  edirəm ki, o vaxta qədər bu məsələlər assosiasiya tərəfindən müzakirə edilsin. İnanıram ki, o vaxta qədər Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının növbəti iclası keçiriləcək. Biz “Azəriqaz”a və SOCAR-a qazın maya dəyərinin aşağı salınması və keyfiyyətinin artırılması ilə bağlı öz təkliflərimizi verək. Əgər bütün bunlar edilsə, Azərbaycanın meyvə-tərəvəz istehsalı və ixracı daha da artacaq və istehsalın maya dəyəri də ucuzlaşar”.