vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
12:52 | 7 iyul 2018 | Şənbə Məqaləyə 2566 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Xalq Bank” “mənfi”dən çıxdı

Beynəlxalq kredit agentliyi “Moody's” bankın reytinqini dəyişdi

Beynəlxalq kredit reytinqi agentliyi “Moody's Investors Service” “Xalq Bank” ASC-nin depozit reytiniqinin pornozunu dəyişib.

Bankın yerli və xarici valyutada “B3” səviyyədə olan depozit reytinqinin proqnozu “mənfi”dən “müsbət”ə qaldırılıb. “Müsbət” proqnoz reytinqin yüksəldiləcəyi ehtimalını gücləndirir, eyni zamanda “Xalq Bank”ın vəziyyətinin yaxşılaşdığına işarədir.

Həmçinin, Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (Baseline Credit Assessments - BCA) “caa1” səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqi  (CR Assessments) “B2/Not Prime” səviyyəsində təsdiq edilib.

“Moody's” qeyd edib ki, “Xalq Bank”ın reytinqinin proqnozunun “mənfi”dən “müsbət”ə yüksəldilməsi  bankın aktivlərin keyfiyyətinin yaxşılaşmasını və bankın nisbətən yaxşı kapital buferini əks etdirir.

Həmçinin reytinqin proqnozunun yüksəldilməsi bankın sabit maliyyələşmə və likvidlik profilləri tərəfindən dəstəklənir.