10:01 | 9 avqust 2018 | Cümə axşamı
Məqaləyə 1831 dəfə baxılıb
Şriftin ölçüsü
Tehrandan OPEC-ə şikayət məktubu
İran neft naziri fövqəladə toplantı tələb edir
İranın neft naziri Brian Zangeneh, OPEC-in, üzv ölkələrdən razılıq almadan xam neft istehsalını tənzimləmələrinin qarşısını ala bilməməsi vəziyyətində fövqəladə toplantı tələb edə biləcəyini bildirib.
“Shana” xəbər agentliyində yer alan xəbərə görə, Zangeneh üzvlərin bu kimi tənzimləmələri etməyə çalışdıqlarını aşkar etdikdən sonra OPEC-ə “şikayət məktubu” göndərib.
Qeyd edək ki, OPEC-ə üzv ölkələr OPEC ilə razılaşaraq hasilatlarında dəyişiklik edə bilərlər. İrana görə, bir çox OPEC üzvi razılıq almadan hasilatlarını tənzimləyirlər.