09:47 | 31 dekabr 2012 | Bazar ertəsi
Məqaləyə 1979 dəfə baxılıb
Şriftin ölçüsü
Bəxtiyar Hacıyev MTRŞ-yə şikayət etdi
Televiziya efirində söyüş qəzəb yaradıb
AZTV efirində canlı yayım zamanı söyüş səsləndiyini göstərən video yayıldıqdan sonra Milli Televiziya və Radio Şurasına (MTRŞ) məktublar göndərilib.
Bir çoxları fəal Bəxtiyar Hacıyev tərəfindən yazılan məktubu MTRŞ-ın elektron poçt ünvanına göndərdiyini deyir.Şuranın sədri Nuşirəvan Məhərrəmliyə ünvanlanan məktubda xahiş edilir ki, söyüşlər barədə "kanal rəhbərliyinə rəsmi xəbərdarlıq edilsin və bu barədə ictimaiyyətə açıqlama verilsin".
Videodan belə məlum olur ki, şənbə günü yayımlanan "Günün nəbzi" verilişində qonaqlardan biri söyüşdən istifadə edib. Telekanal hələ ki, bu barədə rəsmi mövqe bildirməyib.
Efridə söyüş işlənməsi bir çoxlarının qəzəbinə səbəb olub. "Azərbaycan gəncliyinə təhqirdir bu, təəssüf", Facebook istifadəçilərindən biri yazıb.
Lakin bəziləri bu cür məktubların əhəmiyyəti olmadığını bildirib. "Bu, xırda bir şey olacaq, üstündən keçiləcək".
"Canlı efirdə səslənən söyüşlərə görə televiziya məsuliyyət daşımır", bir istifadəçi şərh edib.