vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
09:25 | 10 avqust 2018 | Cümə Məqaləyə 1619 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dəqiqəbədəqiqə …

Türkiyədə dollar görünməmiş sürətlə bahalaşır

Türkiyədə Dolların məzənnəsi görünməmiş bir sürətlə yüksəlməyə davam edir.

Dollar/Türk Lirəsi (TL) məzənnəsi dünən günə 5.30-un üzərində başlamışdı. Daha sonra Dollar/TL məzənnəsi 5.48-i aşaraq yeni rekordunu qırdı. Axşam saatlarında tarixi rekordunu yeniləyən Dollar/TL  məzənnəsi gecə yüksəlişini davam etdirərək bu gün səhər 5,74 səviyyəsini görüb. Lirə son 24 saatda Dollar qarşısında 6 faizdən çox ucuzlaşıb.

Bu gün səhər Bakı vaxtı ilə saat 08:40-da məzənnə 5.7401 səviyyəsində olub.

Keşiş Endryu Brunsonın həbsi və Vaşinqton rəhbərliyinin sanksiya qərarları səbəbilə Türkiyə və ABŞ arasında böhran başlayıb. Türkiyədən doqquz nəfərlik bir diplomatik heyət, Amerika və Türkiyə arasındakı gərginlikləri aradan qaldırmaq məqsədilə Vaşinqtonda danışıqlar aparıb. 

ABŞ ilə danışıqlardan nəticə çıxmadığı bildirilir. Bu səbəbdən məzənnədə yüksəliş davam edir. Danışıqların uğursuz keçdiyini və razılıq əldə olunmadığını yazan Amerikanın “The Wall Street Journal” qəzeti, Trampın komandasının Türkiyəyə yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığı məlumatını da verib.

Qeyd edək ki, son bir ildə Türk Lirəsinin Dollar qarşısında ucuzlaşması 57,91 faizə çatıb.