vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
SOSİAL  
22:47 | 12 avqust 2018 | Bazar Məqaləyə 1787 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lirənin ucuzlaşması qiymətlərə təsir edəcək?

Türk höküməti ixraca görə gömrük rüsumunu dəyişməsə, ...

Türkiyədə liranın kəskin dəyərini itirməsi hazırda Azərbaycanda satılan türk geyim məhsullarına təsir etməyib.

Vaxt.az bildirir ki, geyim məhsullarının Türkiyədən gətirən ticarətçilər deyir ki, satışdakı məhsullar əsasən lirənin dəyər itirməsindən əvvəl gətirilib. Amma bundan sonra gətirilən məhsullarda da elə bir ciddi qiymət fərqi olmayacaq. Çünki, Türkiyədən gətirilən mallar lirə ilə deyil dollarla alınır.

Satıcıların sözlərinə görə, lirənin dəyəri aşağı düşməsinə baxmayaraq ordan gətirilən tekstil mallarını qiymətlərini aşağı endirmək onlara sərf etmir

Tekstildən fərqli olaraq isə lirənin ucuzlaşması mebel bazarında qiymətlərə təsir göstərməsi gözlənilir.

Sahibkar fikrini belə əsaslandırır ki, Türkiyədə mebel istehsalı əsasən yerli xammal əsasında aparılır. Yəni Türkiyə mebel üçün xaricdən xammal almadığı üçün məhsulun maya dəyərində artım olmur. Türk şirkətləri yerli pərakəndə satışı lirə ilə aparıb qiymət artımına getməsə, bunun müqabilində ixrac əməliyyatlarında dollara üstünlük versə bu daxili bazarla xaricə çıxardığı məhsulun arasında kəskin qiymət fərqi yaradır. Bunun isə xarici ticarət tərəfdaşlarına məntiqli izahı yoxdur. Əgər türk höküməti ixraca görə gömrük rüsumunu dəyişməsə türk məhsulu olan mebellərin qiymətində ucuzlaşma gözləniləndir. (xezerxeber.az)