vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
23:22 | 16 avqust 2018 | Cümə axşamı Məqaləyə 1434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyəyə iki zərbə birdən

Beynəlxalq agentliklər qardaş ölkənin kredit reytinqini aşağı saldı

MÖVZU İLƏ ƏLAQƏLİ

“Moody's” beynəlxalq kredit agentliyi Türkiyənin kredit reytinqini "Ba2"dən "Ba3"ə endirib, reytinqin proqnozunu isə “sabit”dən “mənfi”yə dəyişib.

Agentlik Türk Lirəsinin zəifləməsinə, Mərkəzi Bankın müstəqilliyinə dair narahatlığın artmasına və hazırdakı maliyyə pisləşməsinin səbəblərini dəqiq və etibarlı bir şəkildə ortaya qoyan plan çatışmazlığına diqqət çəkilib.

Yüksələn xarici maliyyələşmə riski ilə bərabər maliyyə şərtlərinin sərtləşməsinin (faizlərin yüksəlməsinin və s.) və valyutanın zəifləməsinin inflyasiyanın yüksəlməsinə və iqtisadi inkişafın zəifləməsinə səbəb ola biləcəyi qeyd edilib.

“Moody's” Mart ayında da Türkiyənin kredit reytinqini "Ba1"dən "Ba2"yə salmış və proqnozunu “mənfi”dən “sabit”ə dəyişmişdi.


***

 

“Standard & Poors” (S&P) beynəlxalq kredit reytinqi agentliyi də Türkiyənin xarici valyutada kredit reytinqini “BB-“dən “B+”a endirib. Reytinqin proqnozu "sabit" olaraq təsdiq edilib.

S&P-dən verilən açıqlamada, proqnozun “sabit” olaraq təsdiq edilməsinin Türkiyənin gələcək 12 aydakı risk balansını əks etdirdiyi qeyd olunub. Həmçinin S&P, Lirənin volatilliyinin yüksək olmasının və tədiyyə balansının Türkiyə iqtisadiyyatına mənfi təsir göstərdiyini edib. Agentlik, Lirənin zəif qalmasının, yüksək inflyasiyanın və yüksək cari kəsirin Türkiyənin kövrək olmasında əsas faktor olduğuna diqqət çəkib.

Bundan əvvəl S&P May ayında Türkiyənin xarici valyutada kredit reytinqini “BB”dən “BB-“yə, milli valyutada reytinqini isə “BB+”dan “BB”yə endirmişdi.