vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
09:46 | 31 avqust 2018 | Cümə Məqaləyə 2231 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lirə sürətlə ucuzlaşır

Ərdoğandan əmanətçilər üçün şirnikləndirici addım - vergini ləğv edildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dollar və Avro Türk Lirəsi (TL) qarşısında bahalaşıb. Dünən 3 faiz bahalaşmış ABŞ valyutası dünən də dəyər qazanmaqda davam edib və Bakı vaxtı ilə saat 17:10-da 6.7918 lirə olub. Dünən dollar lirə qarşısında 5 faiz də bahalaşıb.

Avro da 4,8 faiz bahalaşaraq 7.9366-nı görüb.

Qeyd edək ki, Qurban Bayramından öncə hökumətin verdiyi qərarlar ilə 5.70 Lirəyədək düşmüş dollar bayram ərəfəsində 6 lirə ətrafında idi.

 

***

 

Türkiyə Prezidentinin fərmanı ilə Türk Lirəsində banklarda yerləşdirilən əmanətlər vergidən azad edilib. Fərman Türk Lirəsində əmanətin təşviq edilməsi məqsədini güdür.

1 ildən uzun müddətli Türk Lirəsi əmanətlərinin faiz gəlirləri üçün vergi dərəcəsi sıfıra endirilib. 1 ildən qısa müddətə yerləşdirilən əmanətlərə görə əldə edilən gəlirlərdən isə müddətdən asılı olaraq 3 faiz və 5 faiz vergi tutulacaq.

Banklardakı xarici valyuta əmanət hesablarından alınan vergi faizində isə artıma gedilib (müddətdən asılı olaraq 13-20 faiz vergi).