Bütün ermənilər orada idi
Puşkinin fikrini sübutu üçün Paşinyana baxmaq kifayət edir
O Ermənistanda baş nazir kürsüsünün müvəqqəti oturan Paşinyana çox pis xəbərim var. Güvəndiyi “boyevik”lərdən ikisi uzun müddət görünməyəcək. Onlar Türkiyədə mağaza yardıqlarından qoduqluğa salınıblar.
Hə, indi keçək mətləbə. Bu ermənilərin oğurluğundan, ............dən danışsaq, uzun çəkəcək. Paşinyan da görür ki, bir qələt eləyə bilmir, o da əvvəlkilər kimi başlayıb şantaja. Gündə bir bəyanat verir. Hədə-qorxu gəlir. Bütün erməniləri yığıb, Azərbaycanın üstünə gələcəyi ilə hədələyir. Güya 1-ci Qarabağ savaşında bütün ermənilər yox idi. Rusiyadan, Fransadan, Suriyadan, İtaliyadan, ABŞ-dan... belə hamısı orada idi. Təkcə Kəlbəcərin işğalında terrorçu erməni təşkilatı ASALA-nın, PKK-nın erməni dəstələrinin iştirakı hamıya məlumdur. Hətta görüntülü dəlillər var.
O zaman dığaların üstünlüyü özlərinə məxsus deyildi. Əvvəla onlar təpədən dırnağa qədər silahlandırılmış orduya malik idilər. Bununla belə rusların dalınca gəlib onların ələ keçirdikləri mövqelərdə vəhşiliklər törədirdilər - 1915-ci və sonrakı illərdəki kimi. Bu həqiqəti vicdanlı rus siyasətçiləri və generalları da etiraf ediblər.
İkincisi, Qarabağda bu hadisələr baş verəndə Azərbaycanın dördbir yanında ov silahları belə əhalidən yığılmışdı. Daha sonra xalq əliyalın da olsa ayağa qalxdı. Özünümüdafiə dəstələri və mobil qruplar şəklində müqavimət göstərməyə başladı. Rus tanklarının, ağır silahların qarşısına müxtəlif vasitələrlə çıxırdılar. Çox sonralar heç olmasa yüngül silahlar əldə edə bildik və ermənilər müqayisə olunmaz dərəcədə Azərbaycan xalqının nələrə qadir olduğunu gördülər. Bu o zaman idi ki, ermənilərdən fərqli olaraq (onlara rus generalları komandanlıq edirdi) bizim bu silahlılarımızın vahid komandanlığı yox idi.
İndiki gündə isə Paşinyanın hədələri gülünc görünür. Bu gün Azərbaycanın ən müxtəlif təyinatlı nizami ordusu var. Ordu hər növ döyüş silahına malikdir. Vahid komandanlıq onun ixtiyarına döyüş təyyarələri, helekopterlər, ən müasir tanklar, toplar, raket qurğuları... verib. İndi Azərbaycan həm də silah istehsal edən güclü bir ölkədir. Ordunun ruh yüksəkliyi, qələbə əzmi Aprel döyüşlərində, Naxçıvan savaşında sübut olundu. Ermənilər yenə gah siçan dəliyi axtarır, gah da rusların ayağına döşənib zarıya-zarıya kömək istəyirdilər. Bir daha baxın – o yalvarışlar, o təşviş, o qorxu erməni saytlarında hələ də mövcuddur.
İndi bu Paşinyan... Bir məsəl var - itə deyirlər niyə hürürsən, cavab verir ki, qorxuduram, bəs quyruğunu niyə bulayırsan, deyir qorxuram. Kim nə deyir desin, bu məsəl yüzdəyüz paşinyanların boyuna biçilib.
Paşinyan həm də o birilər kimi qapı-qapı gəzib pul dilənir. Oğlunu da Qarabağa girov qoyub. Baxarsınız - vəziyyət qarışan kimi babat pul götürüb, aradan çıxacaq – o birilər kimi.
Bu hara qaçacaq? Dünyanı da bezdiriblər. 100 ildən çoxdur ki, ağlaya-ağlaya, zarıya-zarıya hamının canını boğazına yığıblar. Ona-buna qul olmaqdan savayı bir işə yaramırlar.
Yox!!! Yarayırlar. Onların bu dünyada o qədər işləri, vəzifələri vaaar... Rəhmətlik Puşkin deyib axı. Gözəl və dəqiq də deyib:
- TI RAB, TI VOR, TI TRUS - TI ARMYANİN.
Daha bundan sonra söz söyləməyə ehtiyac yoxdur. Paşinyana baxsanız kifayətdir...